Səhifəni çap et
Bazar ertəsi, 07 Oktyabr 2019 05:54

İşəgötürənin xəstəliklə bağlı müavinətin verməsinin proseduru və rəsmiləşdirməsi (Protokol forması)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim etməlidir. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir.

Komissiya xəstəlik vərəqələri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.

Müavinət təyin edildikdən sonra, komissiya və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir.

Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi yuxarıda adı çəkilən Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında DSMF-nin rayon (şəhər) şöbəsinə xəstəlik vərəqəsi və müavinəti təyin edən komissiyanın iclasının protokolunun surəti təqdim edilir.

 Müavinət komissiyasının iclas protokolunun nümunəvi forması:

«Atəş» MMC-nin

Müavinət komissiyasının iclasının

PROTOKOLU № _____

Füzuli şəhəri                                       ____     ____________2019-cu il

 Müavinət komissiya Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının əmək qabiliyyətinin itirildiyi 26 təqvim günlük (03 avqust 2019-cu il tarixindən 28 avqust 2109-cu il tarixinədək) dövr üçün müavinətin təyin edilməsi barədə ərizəsinə və  təqdim etdiyi xəstəlik vərəqəsinə baxaraq

QƏRARA ALDI:

İşçinin əmək qabiliyyətinin 03 avqust 2019-cu il tarixindən 28 avqust 2109-cu il tarixinədək müvəqqəti itirildiyi 26 (iyirmi altı) təqvim günlük dövr üçün ilk 14 (on dörd) təqvim günü üçün “Atəş” MMC tərəfindən, sonrakı 12 (on iki) təqvim günü üçün isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsi tərəfindən müavinət ödənilsin.

Komissiyanın sədri ___________ Əliyev Adil Camal oğlu

Komissiyanın üzvü ___________Qalabəyov Əlimərdan Həsən oğlu

Komissiyanın üzvü ___________Məmmədov Kamil Amil oğlu

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.