İkinci iş ilinə görə əmək məzuniyyəti hüququ nə vaxt yaranır?

İkinci iş ilinə görə əmək məzuniyyəti hüququ nə vaxt yaranır?

Satışda olan "Əmək münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Daha aydın tәsәvvür yaranması üçün misallara müraciәt edәk.Tutaq ki, hәr hansı işçi 01.02.2016-cı ildә әmәk müqavilәsi bağlayaraq «AA» şirkәtindә rәhbәr işçi kimi işә başlayıb. Bu işçiyә yuxarıda qeyd etdiyimiz güzәştlәr düşmür, o ancaq altı aydan sonra әmәk mәzuniyyәtinә çıxa bilәr. İşçi 31.08.2016-cı ildә әrizә ilә müraciәt edir ki, onu 30 gün müddәtindә әmәk mәzuniyyәtinә baraxsınlar. Belә dә olur, işçi әmәk mәzuniyyәtinә çıxır. Artıq işçi 01.02.2016-dәn 01.02.2017-ci ilә kimi olan müddәt üçün (iş ilinә görә) әmәk mәzuniyyәtindәn tam olaraq istifadә etdi. İşçi 01.02.2017- ci ildәn 01.02.2018-ci ilә kimi olan dövr üçün әmәk mәzuniyyәtindәn 01.02.2017-ci ildәn 01.02 2018-ci ilә kimi olan müddәtdә istәnilәn zaman işәgötürәnin razılığı ilә istifadә edә bilәr. Demәli, ikinci iş ili üçün әmәk mәzuniyyәtindәn istifadә etmәk hüququ 01.02.2017-ci ildәn başlayır.

0 Komment

    Şərh yazın

    Xəbərlər