Səhifəni çap et
Cümə, 13 Sentyabr 2019 05:50

Əmək kitabçasına hansı halda qeydlər aparılır? (10 HAL üzrə İZAH)

20 sentyabrdan satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Hər bir işəgötürən, əgər 5 gündən çox işləyərsə, ilk dəfə işə girən işçini əsas iş yerində əmək kitabçası ilə təmin edib, müvafiq yazılışlar aparmağa borcludur. Əmək kitabçası ilə bağlı praktikada çoxlu maraqlı nüanslar var ki, bu bölmədə məhz həmin məsələlərə toxunacağıq.

Qeyd edək ki, əmək kitabçasının forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 186 №-li qərarı ilə təqdiq edilib. Əmək kitabçası 4 bölmədən ibarətdir. 1-ci bölmə üz qabığı, 2-ci bölmə titul vərəqi, 3-cü bölmə iş haqqında məlumat, 4-cü bölmə isə pensiya təyin edilməsi haqqında məlumatdır.

İşəgötürən əmək kitabçasının 3-cü bölməsi olan “İş haqqında məlumat”da işçinin əmək fəaliyyəti haqqında məlumatları daxil etməlidir. Aşağıdakı cədvəldə əmək kitabçasına hansı məlumatların daxil edilməsinə aydınlıq gətirək:

 

Sıra

 

Fəaliyyətin adı

Əmək kitabçasına məlumat qeyd edilir?

1

İşçinin əsas iş yerində işə götürülməsi

Bəli

 

2

İşçinin başqa işçinin əmək funksiyasının icra etməsi vəya əvəzetməsi

 

Xeyr

3

Əsas iş yerində bir işdən başqa işə daimi keçirilməsi

Bəli

 

4

İşçinin Əmək Məcəlləsinin 60–cı maddəsinə uyğun olaraq müvəqqəti başqa işə keçirilməsi

 

Xeyr

5

Əvəzçilik üzrə məlumatların (işə qəbul və işdən azad olunma) əks etdirilməsi

Bəli

 

6

İşçiyə İnzitam tədbirlərinin (xəbərdarlıq, töhmət və s.) verilməsi

 

Xeyr

7

İşçinin mükafatlandırılması

 

Xeyr

8

Struktur dəyişikliyi nəticəsində işçinin vəzifəsi vəya çalışdığı departmentin adının dəyişməsi

Bəli

 

9

Əsas iş yerində işdən azad edilməsi

Bəli

 

10

İşəgötürən şəxsin (müdir, direktor, təsisçi və s.) dəyişməsi

 

Xeyr