İşəgötürən hansı sənədləri işçidən tələb edə bilər və bilməz? (SİYAHI)

İşəgötürən hansı sənədləri işçidən tələb edə bilər və bilməz? (SİYAHI)

16 sentyabrda satışda olacaq "ƏMƏYİN UÇOTU: A-dan Z-yə" kitabından seçmə

Əmək müqaviləsinin imzalanması üçün “İşçi” hansı sənədləri təqdim etməlidir?

Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi imzalanarkən, “İşçi” ilə aşağıdakı sənədləri təqdim etməlidir:

 

Sıra

Sənədin adı

Mütləq olub-olmaması

Qeyd

1.

Şəxsiyyət vəsiqəsi

 

Bütun hallarda

Səxşiyyət vəsiqəsininin etibarlıq müddəti bitibsə, yenisi alınmalıdır.

2

Əmək kitabçası

İlk dəfə işə qəbul olunma istisna olmaq digər hallarda

Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

3

Dövlət sosial sığorta şəhadətnaməsi

İlk dəfə işə qəbul olunma istisna olmaq digər hallarda

 

4

Peşə hazırlığı vəya təhsili olmasını təsdiq edən sənəd

işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olduğu hallarda

 

5

Sağlamlığı haqqında tibbi arayış

Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı ilə müəyyən edilən vəzifələr üzrə

Həmin qərar kitabın üzərində olan CD-diskdə verilib

  Təcrübədə rast gəlinir ki, İşəgötürən əmək müqaviləsi imzalanması zamanı işçidən hərbi bilet, sürücülük vəsiqəsi, nigah haqqında şəhadətnamə, müharibə veteranı  və s. kimi sənədlər tələb edir. Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən,   Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Fikrimizcə, bu maddənin təkmilləşdirilməsinə ehtiyac var. Burda müəyyən şərtlər daxilində sənədlərin tələb olunmasına zəruriyyəti yaranır. Misal üçün, sürucu peşəsinə qəbul edən şəxs mütləq olaraq sürücülük vəsiqəsini təqdim etməlidir.  Digər bir hal kimi, Vergi Məcəlləsinə əsasən güzəşt hüququ verən sənədlərin təqdim olunması ilə bağlıdır. Misal üçün, əlil, müharibə veteranı, məçburi köçkün, himayəsində 3 nəfər olan şəxslər və s. güzəşt kateqoriyasına aid olan şəxslər bunu təsdiq edən sənədlər təqdim etməlidir.

Amma İşəgötürən tərəfindən işçinin “evli” vəya “subay” olmasını təsdiq edən nigah şəhadətnməsini vəya ailədə olan uşaqlar haqqında məlumat əldə etmək üçün doğum şəhadətnamələrini tələb etmək də qadağan hesab olunmalıdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər