Çərşənbə, 04 Sentyabr 2019 05:51

Direktorla hansı halda əmək müqaviləsi imzalanmalıdır? (3 halın izahı)

15 sentyabr 2019-cu ildən satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Təcrübədə ən çox rast gəlinən suallarından biri də direkorla əmək müqaviləsinin olub-olmaması ilə bağlıdır.

Bəzi ekspertlər hesab edir ki, direktorla əmək müqaviləsi imzalanmasına ehtiyac yoxdur, çünki direktora nizamnaməyə əsasən  səlahiyyətlər verilir. Direktorun işə qəbulu protokolla vəya qərarla tənzmlənir.  Vergi orqanları elektron informasiya sistemi ilə bəyannamədə qeyd edilən işçilərin sayında fərq yaranmamasına görə vergi ödəyicilərinin işəgötürənin də sistemə daxil etməsini məqsədəuyğun hesab bilirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mks.az saytına verdiyi açıqlamaya əsasən, aşağıdakı hallar üzrə əmək müqaviləsinin imzalanması prossesi belə tənzimlənir:

 

Sıra

Hal

Əmək müqaviləsinin imzalanmasına ehtiyac var

1

Hüquqi şəxsin yeganə təsisçisi həm də direktor vəzifəsində çalışdıqda

XEYR

 

2

Hüquqi şəxsinin təsisçilərinin sayı birdən çox olduqda və direktor təsisçilərdən müəyyən olunduqda

 

BƏLİ

3

Müəssisənin təsisçilərinin sayından asılı olmayaraq, müəssisənin direktor vəzifəsinə kənar bir şəxs təyin olunduqda

 

BƏLİ

Şərh yazın