Analıq məzuniyyətin hesablanmasının misalla izahı

Analıq məzuniyyətin hesablanmasının misalla izahı

Vergi uçotu: A-dan Z-yə kitabından seçmə

İndi isə hamiləliyə və doğuşa görə verilən məzuniyyət haqqılarının hesablanılması və gəlir vergisinə cəlb edilməsi qaydasını nəzərdən keçirək. Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125- ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli,189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, analıq məzuniyyəti hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əmək haqqı 12 ayda olan iş günlərinin sayına bölünür, bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur. Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

 Misal. Fərz edək ki, Gülnaz Həsənova 2 aprel 2019-cu ildən hamiləliyə görə məzuniyyətə çıxıb. İşçinin aprel 2018 - mart 2019-cu il (12 ay) müddətində əmək haqqı 2640 manat olub. Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 248 günə bərabərdir. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə, 6 avqust 2019-cu il tarixində işə çıxmalıdır. Bu zaman işçiyə analıq məzuniyyəti belə hesablanılır. Əvvəlki 12 aydakı cəmi əmək haqqı (2 640 manat) 12 ayda olan iş günlərinin sayına (248) bölünür, bir iş gününə düşən qazanc tapılır: 2 640 / 248 = 10,65 manat.

Sonra müəyyənləşdirmək lazımdır ki, 2 aprel 2019-cu il tarixindən 06 avqust 2019- cu il tarixinə kimi neçə iş günü var. Tutaq ki, bu müddətdə 85 iş günü var. Bu halda cəmi analıq məzuniyyəti, gündəlik qazancın (10,65 manat) 85 iş gününə vurulmasıyla tapılır: 10,65 x 85 = 905,25 manat. Deməli, işçiyə analıq (hamiləliyə və doğuma görə) məzuniyyətinə görə 905,25 manat düşür. Protokol və müavinət komissiyası yaradılması haqqında əmrin nümünəvi forması sonuncu bölmədə yerləşdirilib.

İcbari ödənişlərə gəlincə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən analıq məzuniyyətləri gəlir vergisinə cəlb edilmir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən isə, analıq məzuniyyətinə məcburi dövlət sığorta haqqı hesablanmır.

41 Komment

  1. Gulya 10 Fevral 2020

    Salam. Analiq mezuiyyetinin, sud pulunun,keseriyye yolu ile dunyaya gelmis usaga gore odenisin, usaga gore birdefelik muavinatin odenisine ve ayliq usaq pullarinin odenislerine dair hesablama qaydalarini cedvel sekilde melumatlari hardan elde ede bilerem.? ve online muraciet ucun hansi sayta daxil olub dannilari gondere bilerem? Zehmet olmasa komeklik gostererdiniz

  2. Ceyhune 10 Fevral 2020

    Salam men mart ayinin 18 i 2019-cu ilden iwleyirem maas artmamisdan 232 manat pul alirdim sentiyabr ayinin 30 gunu dekrete mezuniyetime cixdm mene dekretnoy 500 manat dekretnoy verildi indi ise 6 ay 12 gun iw gunum stajm var mene dekretnoyumu az hesablanib ve 56 teqvim gunu obuskami vermeyinler bunun duz olub olmadiqi haqinda melumat nece elde ede bilerem.

  3. Arzu 28 Fevral 2020

    salam men 6 aydi isleyirem. analiq mezuniyyetine cxram.menim orta ayliq emek haqqim 6 ay erzinde aldigim maaslarin ceminin 6 ya bolunmesi ile hesablanir yoxsa 12ye bolunmesi ile?

  4. cemile 12 May 2020

    Oz hesabina bir ya iki illik cixanda nece hesablanir?

  5. Elnur 13 May 2020

    Salam hər vaxtınız xeyir, Bele sualım olacaq size. Eger müəllim ise qebul olunub.amma adi getdiyi halda müəllim islemeyib.yeni emek haqqı almayib.evvelki is yerinde movsumu olaraq 2017 3 ay/ 2018 4 ay / 2019 3 ay yarım işləyib. Bilmek istədiyim odur ki dekret pulu dusur.

  6. Cəlalə 19 May 2020

    Salam.Men aprel ayının 16dan analıq mezuniyyetine çıxmışam.Ama helede mezuniyyet pulumu ala bilmirem.Hara muraciet etmeliyem?

  7. Brunette 23 May 2020

    Salam. Mən 5 aydır işləyirəm . İndi analıq məzuniyətinə çıxsam mənə dekret pulu düşürmü?

  8. Gunel 27 May 2020

    Salam 1 il 6 aydan sonra uwaq pulu ne qeder olur ayda?

  9. Vusale 03 İyun 2020

    Salam men 250 manat maas aliram mene mezuniyyet pulu ne qeder verilecek? ozumde keyseriyye oluram

  10. Gulnar Qurbanova Rehman qizi 06 İyun 2020

    Salam.men analiq mezuniyyetinen qayitmiwam amma uwaqim xeste oldugu ucun yene mecburam.ki analiq mezuniyyetine geri qayidim minumum emek haqi aliram.250 m yeni onuda cixirlar 234 manat aliram indi cixsam ne qeder alacam

  11. Əmine 11 İyun 2020

    Salam.men nece öyrənə bilərəm pul gəlib ya yox?

  12. Kemale 01 İyul 2020

    salam.men 2019cu il iyul ayinin 3u analiq mezuniyyetine cixdim.analiq mezuniyyetim muellimlerin yay mezuniyyeti ile ust uste dusduyu ucun mezuniyyet vaxtim yanvarin 20bitdi.ve men oz hesabima mezuniyyet goturdum.ders ili bitdikden sonra yay mezuniyyeti mene yazilmalidi ya yox?yanvar ayinin 20ne qeder olan muddet ucun

  13. Arzu Dimanova 08 İyul 2020

    Mən Yanvarı 1dən işə çıxıram.İyulun 1də uşaq oldu.Mənə dekret pulu düşürmü?Ayda 295 azn alıram.Məzuniyyət pulu təxmini nə qədər olar?

  14. Ava 20 Avqust 2020

    1 hefte sonra dogusa gedecem. Mebleg dogusda once ya sonra verilir?

  15. Şakir Hüseynli 22 Avqust 2020

    Protokol və müavinət komissiyası yaradılması haqqında əmrin nümünəvi forması sonuncu bölmədə yerləşdirilib. harda yerləşdirilib?

  16. AYBENIZ 25 Avqust 2020

    Salam men Aybeniz dovlet baxcasinda iwleyirem...Ayliq emek haqqim 255manat tewkil edir...1ilden coxdu artiq iw yerimdeyem...3cu dekretime cixmaga hazirlawiram...yeniki iw stajim coxdu...bilmek isdeyirdim mene ne qeder dekret pulu duwur...oz buxalterimiz deyir cox az duwecek...neye eseasen deyilir bilmirem bu sehifeden ise goruremki duz hesablansa yeteri qeder pul vururlmalidi...cavab yazsaz sevinerem...indiden tewekkurler...

  17. Gulsen 07 Oktyabr 2020

    Salam size bir sualım olacaq xanım hamilədir işləyir illik mezunyetiniz çıxıb axırıncı aylarında amma hesab etmədiklərinə görə oktyabrın 9 analıq mezunyetiniz cixmalidi doğuşdan öncə görülən.amma bu 18 oktyabrda işdə olmaldi bu işçiyə necə doğumdan öncə olan məzuniyyəti verilə bilər?

  18. Gulnare 20 Oktyabr 2020

    Salam

  19. vasif abbasov 26 Oktyabr 2020

    analiq mezuniyyeti hesablananda elave mukafatlar ve maddi yardimlarda o hesabda dusur yani hesablanir?

  20. Arzu 16 Noyabr 2020

    Salam men 255 m maaş aliram ve oktaybirin 1den analiq mezuniyyetine çixdim ve fevral ayinin 1işe çixmaliyam zehmet olmasa mene yazardiniz men geder pul almaliyam

  21. Vüsal 23 Dekabr 2020

    Salam. Xahiş edirəm müavinət komissiyası yaradılması haqqında əmrin nümünəvi formasını [email protected] e-mail adresinə göndərəsiniz.

  22. Merziye 29 Yanvar 2021

    Salam men orta məktəbdə Uşağ Birliyi Teskilati rəhbəri vəzifəsində çalışıram.2021ci il fevral ayının 3 də analig mezuniyyetim bitir.Usag keseriyye yolu ilə dünyaya gəldiyi üçün əlavə mənə 14 günlük bülleten yazıblar ki fevral ayının 3de Təhsil şöbəsinə təqdim edəcəm.Sizə 1ci sualım ondan ibarətdir ki,menim ucun 14 günlük buleten neçə manat hesablanacag? onuda deyimki,əmək haqqım 304 manatdir.2ci sualım ,mən 3 illk uşağa baxmağ üçün analığa cixmaq hüququm varsa,bunun üçün dövlət hər ay nə qədər məvacib mənim üçün köçürəcək?

  23. Xanim 10 Fevral 2021

    Salam men Dekabr ayinin 30 dan analiq mezuniyyetime cıxmısam amma helede dekret pulu almamısam

  24. Samira 12 Fevral 2021

    Salam ekiz hamilelikde daha erken analiq mezuniyyetine cixmag olurmu? Birde maasim 329 azndir.mene dekret pulu ne qeder hesablanacag? Birde ayliq usaq pulu ne qeder olacag zehmet olmasa cavab yaza bilersiz

  25. Zemfira 23 Fevral 2021

    salam.analiq mezuniyyetinde bayramlar nezere alinir?men fevralin 17 de analiq mezuniyyetine cixdim.iyulun 23 de iwe çixmaliyam.dediler ki mart ayinda olan bayramlar orucluq ayinda olan bayram gunleri hesablanib cixilib pul hesablanacaq dediler.zehmet olmazsa mene mezuniyyetimi hesablayib deyerdizde.maawimin kökü 478 manatdir ele aldigim 400-420 manat

  26. Aysel 16 Aprel 2021

    Salam. Men iyunun axiri dekrete cixacam. Dekret pulundan elave men mezuniyyet pulu alacammi?

  27. Sevda 12 İyun 2021

    Salam men 1fevral mezuniyyete cixmisam artiq mezuniyyet bitib ise qayitmisam amma mezuniyet pulunu almamisam.Hara mutaciet etmek lazimdir bujunla bagli?

  28. Elza Əliyeva 10 İyul 2021

    Analiq mezuniyetine cixan muellimin yerine gelen muellim mezuniyyet pulu alirmi?

  29. ilahe 14 Avqust 2021

    salam. Dekabr ayinda iwe qebul olunmuwam ve indi 6 ayliq hamileyem mene dekret pulu dusurmu? maaw 500 azn

  30. [email protected] 23 Avqust 2021

    Salam.men 1 iyul 2021 ci il tarixinde analıq mezuniyyetine çıxmışam amma mezuniyyet pulunu almamışam.Mühasib deyirki men bacarmıram işlemeyi özün adam tap işlet.Kime müraciet edek?

  31. Şefeq 12 Sentyabr 2021

    Salam.men avqust ayının 15-den analiq mezuniyyetine çixmişam ama hele de pul oturmuyub.hara müraciet ede bilerem?

  32. Alida 13 Sentyabr 2021

    Salam. Men analiq mezuniyyetine 31 avqust 2021-ci il tarixinde cixmiwam. Muhasibatliqdan bildirilir ki senin yayda olan mezuniyyetin 13 sentyabrda bitdiyi ucun dekretnoyun hesablanacaq ve 13 gunun pulu cixilacaq senden. Bu ne derecede dogrudur? Bildiyime gore 126 gun analiq mezuniyyetinin pulunu almaq bizim haqqimizdir. Bu anlawilmamazliqa aydinliq getirilsin isterdim. Ayliq elime gelen emek haqqim 334azndir. Xahiw edirem texmini hesablanardi gorek ne qeder dekretnoy alacam?

  33. Sevinc 29 Sentyabr 2021

    Salam. Men sentyabrin 16-dan dekrete cixmisham. Maashim 280m-dir. Hesablayib deye bilersiz ne qeder alacam ve ne vaxt alacam?

  34. Alxazova Pervane 04 Oktyabr 2021

    Men sentyabr ayinin 1den analiq mezuniyyetine cixmiwam. Amma hele de pulumu ala bilmemiwem. Hafa muraciet etmek lazimdi?

  35. bənövşə 17 Noyabr 2021

    salam mənbeş aydır işə girmişəm .indi analıq məzuniyyətinə çıxıram Mənim 2 illik sosial sığorta ştajım var .Mənə analıq məzuniyyəti necə hesablanacaq Yəni bilmək istiyirəm obeş aylıq əmək haqqım 5 aya bölünəcək yoxsa 12 aya

  36. Nurane 19 Aprel 2022

    Salam mən hazırda analıq məzuniyyətindəyəm 3 cü ilin içində idi işləyirdim.Mən bilmək istəyirəm mənə nə.qədər pul köçəcək birdə mən 400m maaş alırdım zəhmət olmasa cavab yazarsız

  37. Leyla 13 May 2022

    Salam men Türkiye'de yasayiram.Analig mezuniyyetim bitir ikinci usagim ucun icaze şertlerini mekteb rehberim bilmir.Zamaninda muhasibat işçileri gelmenize gerek yoxdur dediler.Ovladinizin doğum kagazini gondereceksiz,cixacagsiz. yeni mezuniyyete.Amma indi rehber birinci gün isden azad edileceymi deyir.Gec qaldigimi hamileyken gerek yox dedikleri hamilelik kagazini vermediyim ucun yeni ovladim ucun mezuniyyet goture bilmediymi deyir .

  38. Sehla 19 Sentyabr 2022

    Salam menim iyun ayinda ekiz usaqlarim keyseriyye yolu ile oldu. Ekiz usaqa gore 140 gun analiq mezuniyyetindeyem. Keyseriyye emeliyyatina gore 14 gun elave olunacaqmi?

  39. Məhərrəmova Məryəm 16 Noyabr 2022

    Beş ay işləmişəm aya 276 AZN maaş almışam mənə doğuşdan sonrakı məzuniyyət pulu düşürmü.işlediyim yerə xəstəxanadan məzuniyyət vərəqində vermişəm.

  40. Məhərrəmova Məryəm 16 Noyabr 2022

    Beş ay işləmişəm aya 276 AZN maaş almışam mənə doğuşdan sonrakı məzuniyyət pulu düşürmü.işlediyim yerə xəstəxanadan məzuniyyət vərəqində vermişəm.

  41. Yuliya 25 Yanvar 2023

    2ci uwag doguldugda ise iwciye dekret pulu duwmur ?

Şərh yazın

Xəbərlər