Çərşənbə, 10 İyul 2019 07:57

Son haqq-hesab və əmək haqqını gecikdirməyin cəriməsi

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək haqqı ilə bağlı ciddi məsələ ondan ibarətdir ki, vergi ödəyicisi işdən çıxardığı işçinin son haqq-hesabını ödəmir və ya gecikdirməklə ödəniş edir. Ümümiyyətlə, son haqq-hesab dedikdə, nə başa düşülür? Son haqq hesab = İşçinin son iş ayındakı işlədiyi günlərə görə əmək haqqı + istifadə etmədiyi məzuniyyətə görə kompensasiya + əmək müqaviləsinin xitamına görə müvanət+ digər öhdəliklər (misal üçün bonus, mükafat və s.)

Əsasən son haqq-hesab zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayaraq ödəmirlər. Bu zaman işçinin şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları yoxlama keçirərək, vergi ödəyicisini İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edir.  Qeyd edilənləri nəzərə alaraq, vergi ödəyiciləri işçi ilə son haqqhesab hesablaşmalarında diqqətli olsunlar. Təcrübədə əmək haqqı və son haqq-hesabın gecikdirilməsi hallarına rast gəlinir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Misal üçün, “A” MMC əmək müqaviləsinə uyğun olaraq, işçiyə hər ayın son iş günündə 500 manat məbləğində əmək haqqı ödənişlərini həyata keçirməlidir. Amma üzrsüz səbəbdən ödənişi 25 gün gecikdirib. Bu zaman vergi ödəyicisi işçiyə 125 (500 manat x 1 faiz x 25 gün) manat əlavə ödənc verilməlidir. Bir daha qeyd edirik ki, burda hər hansı ciddi səbəb olmalıdır.

Misal üçün, işçini işdən azad edərkən bütün ödənişlər həmin gün ödənilməlidir. Artıq bu hal konkret tələb şəklində Əmək Məcəlləsində qeyd edilib.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

2 şərhlər

  • Şərh bağlantısı Sakina Cümə, 12 İyul 2019 18:46 tərəfindən təqdim olunub Sakina

    Salam. kitabın dəyərini zəhmət olmasa yazın

  • Şərh bağlantısı Sakina Cümə, 12 İyul 2019 18:45 tərəfindən təqdim olunub Sakina

    Salam. kitabın dəyərini zəhmət olmasa yazın

Şərh yazın