İşçi ilə bağlı məlumat sistemə yalnış daxil edildikdə Rəsmi məktub necə yazılmalıdır? (NÜMÜNƏVİ FORMA)

İşçi ilə bağlı məlumat sistemə yalnış daxil edildikdə Rəsmi məktub necə yazılmalıdır? (NÜMÜNƏVİ FORMA)

“Kargüzarlıq: A-dan Z-yə” kitabından seçmə

Oxşar yazışmalar Əmək və Əhalinin Sosila Müdafiəsi nazirliyi (ƏƏSMn) və onun strukturuna qurumları ilə də mümkündür. Nümunə üzərində ƏƏSMn yanında dövlət Əmək Müfəttişliyi Xidmətilə yazışmaya baxaq. ----------------------------------------------------------------------------------

Nümunə:

Blank- “Alov” MMC

___ __________ 20___-ci il                                     №_____

Əmək və Əhalinin Sosila Müdafiəsi nazirliyi yanında
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
cənab Fuad Əlizadəyə

Hörmətli Fuad müəllim

____ _________ 20__-ci il tarixində “Alov” MMC-nin 3 nəfər işçisinin əmək fəaliyyətləri ilə bağlı məlumatları elektron informasiya sisteminə daxil edilərkən, texniki səhv nəticəsində fəaliyyət göstərdikləri iş yerlərinin adı yanlış qeydiyyata alınmışdır.

Elektron sistemdə işçilərdən Əliyeva Arifə Mais qızının iş yeri Mingəçevir filialı əvəzinə Bakı filialı, Balayeva Lalə Səməd qızının iş yeri Şəki filialı əvəzinə Bakı filialı, Qarayeva  Ağgül Salman qızının iş yeri Göyçay filialı əvəzinə Ağcabədi filialı kimi qeydə alınmışdır.

Xahiş edirik, işçilərin elektron informasiya sisteminə daxil edilmiş bildirişlərinə müvafiq düzəlişlər olunmasına və yaxud bildirişlərin etibarsız hesab edilməsinə imkan yaradasınız.

Qoşma:

  1. Əliyeva Arifə Mais qızının əmək müqaviləsi bildirişi, 1 vərəq, 1 nüsxə;
  2. Balayeva lalə Səməd qızının əmək müqaviləsi bildirişi, 1 vərəq, 1 nüsxə;
  3. Qarayeva Ağgül Salman qızının əmək müqaviləsi bildirişi, 1 vərəq, 1 nüsxə.

 

Hörmətlə,

Direktor _________ Nüsrət Nəbili

----------------------------------------------------------------------------------

 

 

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. [email protected] 11 Fevral 2022

    Men Allahverdiyev Zefer Hüseyn oğlu. Azbadam MMCde isledyim 6aya yaxin müddetde emek müqavilesinde gösderilen saaatlardan elave işlemişem indi hall hazirsi isden cxdiqim zaman hemin elave saatlari deyeri mene odenilmeyib ve bir nece defe muraciet etsemde odemekden boyun qacirilar xais edrem mene komeklik edesiz.0514411741

Şərh yazın

Xəbərlər