Bazar ertəsi, 25 Fevral 2019 06:06

Bəzi sığortaolunanların 2017 və 2018-ci il üzrə məlumatlarının portalda görünməməsinin səbəbi nədir?

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ASAN radionun "QəbuldASAN" verilişinin qonağı olarkən 36 vətəndaşın sosial sığorta, pensiya və müavinətlərlə bağlı suallarına cavab verib. Mks.az saytı olaraq həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, sual-cavab olan iki hissəsinin video variantını facebook və linkedin səhifələrimizdə yerləşdirmişdik.

Suallardan biri sığortaolunanlarla bağlı son illər məlumatlarının elektron portalda olmaması ilə bağlı idi. Hər iki səhifəmizdə 2000-dən baxış olan videoda Qəhrəman Məmmədov adlı vətəndaş nazirə siğortaolunanlarla bağlı sual ünvanlamışdı: “"Niyə sığortaolunanlar üzrə 2017 və 2018-ci il məlumatlarını e-gov.az adlı elektron portalda əldə edə bilmirik? Son məlumatlar 2016-ci ilə qədərdir. "
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cavabında bu cür halların olmamasını bildirib: “Açığı mənim üçün belə bir çətinliyin olması sualdır. Sığortaolunanlar tam məlumatları e-sosial.az saytında əldə edə bilərlər. Eyni zamanda e-gov.az saytında elə bir texniki xəta varsa, aradan qaldırarıq.”
Bu məsələ ilə bağlı həmkarlarımız yazıb bildirirdilər ki, onlar da e-gov.az həmçinin e-sosial.az saytında son 2 ilin məlumatlarının əldə edə bilmirlər.  Sığortaolunanlar haqqında məlumatların daxil edilməməsi ilə aşağıdakı problemlərdən ola bilər:

1) İşəgötürənin həmin illər üzrə siğortaolunanlar haqqında  məlumatları təqdim etməməsi;

2) İşəgötürənin siğortaolunanlar haqqında  məlumatları  səhv təqdim etməsi;

3) Nazirliyinin proqramın təminatında məlumatların emalı ilə bağlı texniki problemlərin olması.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə Nazirliyinin həyata keçirdiyi islahatlar nəticəsində bir çox narazılıqlar aradan qaldırılıb. Ümid edirik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir çox sığortaolunanların 2017 və 2018-ci illər üzrə məlumatlarının elektron portalda qeyd olunmasınında yaranan problemləri nəzarətə götürərək bu cür problemlərin aradan qaldırılmasını təmin edəcək.

Hörmətli həmkarlarımız, zəhmət olmasa, şərhlərdə bildirərdiniz ki, Sizin də 2017 və (vəya) 2018-ci il üzrə məlumatlarınızın elektron portalda qeyd edilməsində hər-hansı problem varmı?

 "KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda
Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

1 Şərh

  • Şərh bağlantısı Anar Bazar ertəsi, 25 Fevral 2019 14:24 tərəfindən təqdim olunub Anar

    Bizde 2017 sistemdə var. 2018 işə yoxdur

Şərh yazın