Hamiləlik məzuniyyəti ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK (24-cü yazı)

Hamiləlik məzuniyyəti ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK (24-cü yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan iyirmi üç yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti, əmək haqqının ödənilmə müddəti, orta əmək haqqının hesablanması, nümünəvi əmək müqaviləsinin forması ilə bağlı təklif olunan dəyişikliklər, əmək müqaviləsi imzalanan zaman tələb olunan sənədlər və həmçinin əmək müqaviləsinin müddəti ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu dəfəki yazımızda hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı təklif olunan dəyişiklik haqqında məlumat verəciyik.

Əmək Məcəlləsinin “hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125-ci maddəsinə YENİ hissə təklif edilir:

 125-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

 Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəl hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın faktiki doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

Əmək Məcəlləsinin 125-ci maddəsinin birinci hissəsinə əsasən, Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Təklif olunan dəyişiklik sırf doğuşdan əvvəl olan 70 təqvim günü ilə bağlıdır.  Fikrimizi misalla izah edək: İşçi hamiləliklə bağlı sənəd təqdim edir ki, 70 gündən sonra misal üçün 08 iyun 2019-cu tarixdə ana olacaq. Amma uşağın faktiki doğulduğu gün 08iyun 2019-cu il tarixi yox, 18 iyun 2019-ci il tarixi olur. Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, 10 gün doğuşdan sonrakı 56 gündən çıxılırdı və işçinin 126 gündən sonra Hamiləliyə və doğuşa görə məzuniyyəti başa çatırdı. Təklif olunan dəyişiklikə əsasən isə, doğuşdan əvvəl 70 təqvim günü 10 gün ödənişli olaraq artırılır və işçinin Hamiləliyə və doğuşa görə məzuniyyət günün 126 yox 136 gün kimi hesablanacaq.

Qeyd edək ki, təklif olunan dəyişikik işçinin xeyrinə olmaqla yanaşı, düzgün yanaşmadır. 

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

6 Komment

  1. Cemale 15 Fevral 2019

    Seyfenizdeki paylashimlar hamisi teklifdi. Bunlar ne vaxt tesdiqlenecek? Cammat sehv sala biler.tesdiqlenmis qerarlar kimi qebul ede bilerler. Tesdiqlenenleri seyfede vurguluyun ki biz bilek.

  2. ilqar 18 Fevral 2019

    Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa 4-cü maddəsinə əsasən hamiləlik və doğum sosial sığorta hadisəsidir və sosial məzuniyyətlərin verilməsi o zaman həyata keçirilir ki sosial sığorta hadisəsi baş versin. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından (DSMF-dan) sığorta ödəməsi almaq hüququ yaranır. Həmin qanunun 5-ci maddəsinə (Sosial sığorta sənədləri) əsasən sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödəməsinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir. Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə (məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası) əasən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Yəni Hamiləliyə və doğuşa görə sosial məzuniyyətin ödənişi əsas məzuniyyətin ödənişi kimi deyil. Beləki sosial məzuniyyət hesab edilən hamiləliyə və doğuşa görə məzuniyyətin ödənişi qaydalarını “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə müəyyənləşdirilir. Beləki həmin Qərarla təsdiq edilmiş Əsasnamədə qeyd edilirki: Maddə 67. Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. Hamiləliyə və doğuşa görə sosial məzuniyyətin ödənişi əsas məzuniyyətin ödənişi kimi deyil.Bu dövr üçün müavinəti xəstəlik vərəqi əsasında DSMF ödəyir.Müəssisə əmrlə məzuniyyəti hansı sənədin əsasında uzada bilər əgər xəstəlik vərəqi dəyişməyibsə? Məcəllədə hamiləliyə görə məzuniyyət müddətinin xəstəlik vərəqəsinin əsasında müəyyən edilən dövr üçün verilməsi göstərilməlidir

  3. ilqar 18 Fevral 2019

    Hamiləliyə və doğuşa görə sosial məzuniyyətin ödənişi əsas məzuniyyətin ödənişi kimi deyil yəni müəssisə işçiyə heçnə ödəmir.müavinəti DSMF həyata keçirir və müavinətin ödənilməsini üçün müraciət vaxtının məhdudlaşdırmır.Yəni işçi xəstəlik vərəqini müəssisəyə nə zaman təhvil verməsindən və onun əsasında məzuniyyət əmrinin nə zaman verilməsindən asılı olmayaraq ödəniş üçündə əsas yalnız xəstəlik vərəqi sayılır. ƏM -nin 125-ci maddəsində qeyd edilənlərin nəzərə alınaraq dəyişiklik edilməsi daha yaxşı olardı

  4. Gunel 07 Oktyabr 2019

    salam sizdən birşey soruşum. Hamiləliyə və doğuşa görə məzuniyyətdə mənə 126 təqvim günü verilir. burda mende bir günlük cıxan pul 45 manat 18 qepikdir, məndə bu pul 126 teqvim gününün özüne vurulacaq ya 126 teqvim günündəki iş günlərinin sayına??????

  5. pənah 07 Noyabr 2019

    salam. işçi bu ilin fevral-avqust ayların tam işləmiş, 19 sentyabrdan analıq məzuniyyətinə buraxılmışdır. əmək fəaliyyəti cəmi 9 aydır.DSMF ödəmələri idarə və işçi tərəfindən tam ödənilmişdir. DSMF-yə borc yoxdur. 8 aylıq əmək haqqı toplanıb tam 8 ayın iş günlərinin sayına bölünməklə 1 iş gününə düşən orta əmək haqqı tapılıb onuda 126 gündə olan iş günlərinə 83 günə vurulur. düzmü hesablanıb? yoxsa? xahiş edirəm köməklik göstərəsiniz

  6. pənah 07 Noyabr 2019

    salam. işçi bu ilin fevral-avqust ayların tam işləmiş, 19 sentyabrdan analıq məzuniyyətinə buraxılmışdır. əmək fəaliyyəti cəmi 9 aydır.DSMF ödəmələri idarə və işçi tərəfindən tam ödənilmişdir. DSMF-yə borc yoxdur. 8 aylıq əmək haqqı toplanıb tam 8 ayın iş günlərinin sayına bölünməklə 1 iş gününə düşən orta əmək haqqı tapılıb onuda 126 gündə olan iş günlərinə 83 günə vurulur. düzmü hesablanıb? yoxsa? xahiş edirəm köməklik göstərəsiniz

Şərh yazın

Xəbərlər