HR və Mühasiblər, ŞAD XƏBƏR: Məzuniyyətin ödənilməsi ilə bağlı MÜDDƏT problemi həll olunur (18-ci yazı)

HR və Mühasiblər, ŞAD XƏBƏR: Məzuniyyətin ödənilməsi ilə bağlı MÜDDƏT problemi həll olunur (18-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan on yeddi yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, həmçinin təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ və hesablanması ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızda məzuniyyət haqqının ödənilməsinin vaxtı ilə bağlı təklif olunan dəyişiklik haqqında məlumat verəcəyik.
Əmək Məcəlləsinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi” adlı 140-cu maddəsinə aşağıdakı dəyişiklik təklif olunur:

5-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
Əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün növbəti əmək haqqı və ya avans verilən gündən gec olmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər.

Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məzuniyyətin haqqının ödənilməsi üçün konkret vaxt məhdudiyyətinin müəyyən olunması həm HR həm də mühasiblərin işlərində problem yaradır. İşçinin uzun müddət prossesində bu tələbə əməl etmək mümkün olsa da, qısa müddətli (3-5 günlük) məzuniyyət haqqları üçün hesablanmanın aparılması və ödənilməsi əlavə vaxt itkisinə səbəb olur.
Yeni təklif olunan dəyişikliyə əsasən, işəgötürənin hüququ var ki, Əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün əmək haqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər. Misal üçün, əmək müqaviləsində qeyd etmək olar ki, qısa müddətli (10 günə qədər) məzuniyyət haqqlarını ödənilməsi əmək haqqı ilə eyni dövrdə ödəniləcək. Bir məsələni qeyd edək ki, təklif olunan dəyişiklikdə məzuniyyət haqqlarının ödənilməsi üçün konkret tavan müddəti müəyyən edilib ki, həm müddət növbəti əmək haqqı və ya avans verilən gündən gec olmamalıdır. Təklif təsdiq olunduqdan sonra, işəgötürən əmək müqaviləsində müddət müəyyən edərkən mütləq bu məsələni də nəzərdə almalıdır.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər