İşçinin məzuniyyət hüququna öldürücü dəyişiklik: İşəgötürən bu halda işçinin rəyi olmadan onu məzuniyyət göndərə biləcək (16-ci yazı)

İşçinin məzuniyyət hüququna öldürücü dəyişiklik: İşəgötürən bu halda işçinin rəyi olmadan onu məzuniyyət göndərə biləcək (16-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan on beş yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, həmçinin təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi və əlavə məzuniyyətin cəmlənməsi ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızda məzuniyyətin rəsmiləşdirilməsi qaydası ilə bağlı edilən təklifə aydınlıq gətirəciyik.

Əmək Məcəlləsinin “Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması”  adlı 138-ci maddəsinə yeni əlavə təklif edilir:

138-ci maddə üzrə:

1-ci hissədə ―Bütün sözü ―Bu maddənin üçüncü hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün sözləri ilə əvəz edilsin;

Aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

İşəgötürənin şifahi və ya yazılı xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilə bilər..  

Təklif olunan dəyişiklikdən anlaşılır ki, işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək ərizə müraciət etmədikdə, işəgötürən əmri ilə işçini istədiyi tarixdə əmək məzuniyyət göndərə bilər. Dəyişiklikdən sonra bu tip məzuniyyət əmri zamanı işçinin hətta ərizəsinə belə ehtiyac olmacaq.

Fikrimizi nümünə ilə izah edək: “AA” MMC-də çalışan işçi növbəlilik cədvəlinə əsasən, aprel ayında məzuniyyətə çıxmalıdır. Amma işçi hər hansı səbəbdən aprel ayında məzuniyyətə çıxa bilmir və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi üçün müraciət etmir. Təklif olunan yeni dəyişikliyə əsasən, “AA” MMC-nin rəhbərliyi işçini öz qərarı əsasında hər hansı tarixdə məzuniyyətə göndərmək hüququna malik olacaq. Bu dəyişiklikdə digər maraqlı məqam işəgötürənin “şifahi xəbərdarlığı” məfhumunun olmasıdır. Maraqlıdır ki, işəgötürənin işçiyə məzuniyyətlə bağlı şifahi xəbərdarlıq etməsi necə sübut olunacaq.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər