İşçinin ziyanına daha bir dəyişiklik: Bu məzuniyyət zamanı ödəniləcək məbləğ 2 dəfə azaldılacaq (13-cü yazı)

İşçinin ziyanına daha bir dəyişiklik: Bu məzuniyyət zamanı ödəniləcək məbləğ 2 dəfə azaldılacaq (13-cü yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinə 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. İlk on iki yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçi, işəgötürən və digər hallar üçün ləğv edilməsi ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda ödənişli təhsil məzuniyyətlə bağlı təklif olunan dəyişikliklər haqqında məlumat verəciyik. Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə ödənişli təhsil məzuniyyətin hesablanıması qaydası fərqli hesablanacaq:

Bu halda işçinin aylıq orta əmək haqqı minimum aylıq əmək haqqının 4 mislindən az olduqda hesablamada aylıq orta əmək haqqı, çox olduqda isə minimum aylıq əmək haqqının 4 mislindən az olmamaqla aylıq orta əmək haqqının  50 faizi tətbiq edilir.

Qeyd edək ki, cari Əmək Məcəlləsində işçinin aylıq orta aylıq məbləğindən asılı olmayaraq ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir. Amma təklif edilən dəyişiklikdə fərqli məbləğ müəyyən ediləcək.

Təklif olunan hesablamanın mümkün 3 variantını misalla izah edək:

Birinci halda,  "AA"MMC-də çalışan Əliyev Əlinin orta aylıq əmək haqqısı 500 manatdırsa, deməli 520 manatdan (minimum aylıq əmək haqqının 4 mislindən) az olduğu üçün  bu zaman ödəniş məzuniyyət zamanı işçinin orta aylıq əmək haqqısı - 500 manat əsas götürələcək.

İkinci hala baxaq, işçinin orta aylıq əmək haqqısı 1500 manatdır. 1500 manat olan orta aylıq əmək haqqının 520 manatdan (minimum aylıq əmək haqqının 4 mislindən) çox olduğu üçün bu zaman artıq 1500 manatın 50 faizi yəni 750 manat təhsil məzuniyyəti üçün əsas götürüləcək. 

Son variant olaraq, işçi 800 manat əmək haqqı alması halına baxaq. Bu zaman,  800 manat olan orta aylıq əmək haqqının 520 manatdan (minimum aylıq əmək haqqının 4 mislindən) çox olduğu amma 50 faizi olan 400 manatın 520 manatdan kiçik olduğu üçün artıq təhsil məzuniyyəti üçün əsas  520 manat yəni minimum aylıq əmək haqqının 4 misli əsas götürələcək.

Göründüyü kimi, Əmək Məcəlləsinə təklif edilə bu dəyişiklik də, işçinin ziyanına hesablanan dəyişiklikdir.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər