Səhifəni çap et
Bazar ertəsi, 21 Yanvar 2019 08:16

HR-lar, Əmək müqaviləsinə xitam zamanı 70-ci maddəyə istinad etməyəcəksiniz (10-cu yazı)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayır. İlk doqquz yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması və əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda Əmək Məcəlləsinə təklif edilən ən ciddi dəyişiklik - əmək müqaviləsinin ləğvi ilə bağlı olan maddə haqqında məlumat verəciyik.

Öncəliklə bildirək ki, yeni dəyişiklikdən sonra əmək müqaviləsinə xitam yalnız bir maddə - "Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları" üzrə olacaq. Bu səbəbdən də bütün hallar üzrə (işci, işəgötürən, tərəflərindən asılı olmayaraq hallar və s.) düzəlişlər 68-ci maddədə cəmləşəcək. Dəyişiklikdə təklif edilir ki,  "İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları" adlı 70-ci maddə tam olaraq Məcəllədən çıxarılsın:

 68-ci maddə aşağıdakı redaksiyada verilsin: 

68.1. Əmək müqaviləsinə yalnız bu maddədə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.

...

70-ci maddə çıxarılsın.

Yeni redaksiyada olan 68-ci maddəyə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakı hallarda olur:

  • İşçinin təşəbbüsü;
  • İşəgötürənin təşəbbüsü:
  • Əmək müqaviləsinin müddətinin qurtarması;
  • Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
  • Tərəflərin iradəsindən asılı olmayan hallar:
  • Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.  

İşçinin təşəbbüsü ilə bağlı geniş məlumata ehtiyac duyulmadığından, ilk olaraq yazımızda sırf işəgötürənin təşəbbüsü verilən əmək müqaviləsinə xitam hallarına aydınlıq gətirəcəyik:

a) işəgötürənin ləğv edilməsi dövlət qeydiyyatına alındıqda;

Açıqlama: Qeyd edək ki, bu dəyişiklik işəgötürənin ləğv etmə halını daha da dəqiqləşdirilməsinə yönəldilib. Cari Əmək Məcəlləsində bu bənd "Müəssisə ləğv edildikdə" halı kimi göstərilirdi. Bu dəyişiklikdən sonra müəssisənin qərarı ilə ləğv edilməsi yox, ləğvetmənin dövlət qeydiyyatına alınması əsas götürələcək.

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 

Açıqlama: Cari Əmək Məcəlləsində olduğu kimidir, hər hansı dəyişiklik olmayıb. 

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə bu Məcəllənin 65-ci maddəsinə əsasən yaradılan attestasiyası komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə bu Məcəllənin 67-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edildikdə;

Açıqlama: Bu 2 bənd üzrə dəyişiklikdə məqsəd, səlahiyyətli orqan məsələsinin tam dəqiqləşdirilmək, həmçinin fərqli bəndlər üzrə qeyd etməkdir. Qeyd edək ki, Cari Əmək Məcəlləsində bu 2 hal bir bənd üzrə formalaşırdı:

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin vəpraktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir .

d) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

e) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

ə) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda;

Açıqlama:Hər üç bənd üzrə dəyişiklik olmayıb

Növbəti yazımızda, əmək müqaviləsinə xitam verən digər əsaslar (əmək müqaviləsinin müddətinin qurtarması,  əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və s.) üzrə dəyişikliklər haqqında məlumat verəciyik.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.