HR-lar, Əmək müqaviləsinə xitam zamanı 70-ci maddəyə istinad etməyəcəksiniz (10-cu yazı)

HR-lar, Əmək müqaviləsinə xitam zamanı 70-ci maddəyə istinad etməyəcəksiniz (10-cu yazı)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayır. İlk doqquz yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması və əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda Əmək Məcəlləsinə təklif edilən ən ciddi dəyişiklik - əmək müqaviləsinin ləğvi ilə bağlı olan maddə haqqında məlumat verəciyik.

Öncəliklə bildirək ki, yeni dəyişiklikdən sonra əmək müqaviləsinə xitam yalnız bir maddə - "Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları" üzrə olacaq. Bu səbəbdən də bütün hallar üzrə (işci, işəgötürən, tərəflərindən asılı olmayaraq hallar və s.) düzəlişlər 68-ci maddədə cəmləşəcək. Dəyişiklikdə təklif edilir ki,  "İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları" adlı 70-ci maddə tam olaraq Məcəllədən çıxarılsın:

 68-ci maddə aşağıdakı redaksiyada verilsin: 

68.1. Əmək müqaviləsinə yalnız bu maddədə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.

...

70-ci maddə çıxarılsın.

Yeni redaksiyada olan 68-ci maddəyə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakı hallarda olur:

  • İşçinin təşəbbüsü;
  • İşəgötürənin təşəbbüsü:
  • Əmək müqaviləsinin müddətinin qurtarması;
  • Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
  • Tərəflərin iradəsindən asılı olmayan hallar:
  • Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.  

İşçinin təşəbbüsü ilə bağlı geniş məlumata ehtiyac duyulmadığından, ilk olaraq yazımızda sırf işəgötürənin təşəbbüsü verilən əmək müqaviləsinə xitam hallarına aydınlıq gətirəcəyik:

a) işəgötürənin ləğv edilməsi dövlət qeydiyyatına alındıqda;

Açıqlama: Qeyd edək ki, bu dəyişiklik işəgötürənin ləğv etmə halını daha da dəqiqləşdirilməsinə yönəldilib. Cari Əmək Məcəlləsində bu bənd "Müəssisə ləğv edildikdə" halı kimi göstərilirdi. Bu dəyişiklikdən sonra müəssisənin qərarı ilə ləğv edilməsi yox, ləğvetmənin dövlət qeydiyyatına alınması əsas götürələcək.

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 

Açıqlama: Cari Əmək Məcəlləsində olduğu kimidir, hər hansı dəyişiklik olmayıb. 

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə bu Məcəllənin 65-ci maddəsinə əsasən yaradılan attestasiyası komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə bu Məcəllənin 67-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edildikdə;

Açıqlama: Bu 2 bənd üzrə dəyişiklikdə məqsəd, səlahiyyətli orqan məsələsinin tam dəqiqləşdirilmək, həmçinin fərqli bəndlər üzrə qeyd etməkdir. Qeyd edək ki, Cari Əmək Məcəlləsində bu 2 hal bir bənd üzrə formalaşırdı:

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin vəpraktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir .

d) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

e) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

ə) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda;

Açıqlama:Hər üç bənd üzrə dəyişiklik olmayıb

Növbəti yazımızda, əmək müqaviləsinə xitam verən digər əsaslar (əmək müqaviləsinin müddətinin qurtarması,  əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və s.) üzrə dəyişikliklər haqqında məlumat verəciyik.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

15 Komment

  1. Bextiyar 25 Yanvar 2020

    Salam men Sabunçu rayon elmi istesalat birliyinde işleyirdim mənim mayşimi vaxdinda vermediyne gore men iwden çıxdım cixdiğma göre mene 70 ci madde yazılıb bu ne kimi duzgundu

  2. Əliyev Pərviz 24 Avqust 2020

    Salam men xeste olmusam ise gede bilmemisem.meni uç ilden sonra 70ci maddenin ç bendi ile isden azad edibler. Bu derecede doğrudur? Xais edirem cavablandırasız

  3. Rehimov Aga 14 Noyabr 2020

    Salam .Men Rehimov Aga Efser oglu Milli Hidrometeoloji Xidmetin Neft Dasları İHDMS da isleyirdim Nazirlikde struktur deyisikliyi bas verdi .Ştatım ixtisara getdi.Resmi olaraq bir is teklifi geldi amma emek haqqı evvelkinden iki defe az oldu qebul etmedim.İşle temin edecekler dediler amma 3 ay sonra emek kitabçanı poçtla yolladılar ve ştatın ixtisarı ile ,bununla beraber 3 aydır heç bir emek haqqı ödenilmir .Pandemiya dönemini nezere alaraq sorusuram bu mecelleye zidd deyilmi?

  4. Elnure 10 Dekabr 2021

    Salam xestexanadan 70 ci maddeyle isden cixarilmaq nedir

  5. Nəzakət İsmayilova 21 Yanvar 2022

    Salam. 65 yaşim tamam olan günü meni emek mecellesinin 70 maddesinin "e" bendini esasen işden azad edibler.Mene 3 ay kompensasiya ödenilmelidir ya yox ? Men erize yazmamişam işden cixmam haqda.

  6. Vasif Huseynov 07 Fevral 2022

    Salam emek mugavilesine uygun 15 gun onceden içilere iş bitimiyle elagedar xeberdarliq olunugu halda tezminat teleb ede bilermi

  7. Elnur Maqsudov 12 Aprel 2022

    Salam.Meni işden çıxardıb mudur.Ve emek muqaviıesi baglamayıb.2 ildi.men hara şikayet ede bilerem?ne vergi odeyib,ne deki sosial fonda pul kocurdub?

  8. Rùxsarə Həsənova 13 Aprel 2022

    Oglum iş mùqVilesine xitam verilmesi ùcùn hara muraciet edirse iş uzanir işe gòtùren 3 aydir hebsxanadadir zorla iş tapib işe gòtùrmùrler emek mùfettişliyine yazmişiq bu indanida oz gùcumùze tapmişiq melumat vermişik zamanimiz yoxdu iş ise uzanir ne edek? Kòmeklik edin meslehet verin

  9. Bagirov Rasim Yaşar oglu 16 Aprel 2022

    Mən Bagırov Rasim, 1997 ci ildən 03.03.2020ci ilə qədər Qarasu Əməliyyat Şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Son vəzifəm Baş mexanik Xidmətinin rəisi olub. 2020 ci il 10.02də baş vermiş istehsalat qəzasına görə mən daxil 5 nəfəri rəhbərlik işdən azad etdi, amma ƏMsinin 70ci maddəsinin Ç bəndi lə.Uzun müddətdirki, başqa sahələrdə iş təklıfləri olur, ancaq işəgötürən Ç bəndinə görə imtina edir. Bilmək istəyirəm ki, bu Ç bəndinin qanunvericiliyə görə bir son müddəti varmı ki bu cəza olaraq nə vax bitir? Birdəki, əyər vətəndaş bu və ya digər səbəblərdən Ç bəndi ilə işdən çıxarıbsa deməlı o ömrünün sonuna qədər hər hansı işə girə bilməməlidir, yoxsa başqa variantlar var? Və son sualım odur ki, məni işdən azad edən Şirkətin Ç bəndini götürmək hüququ varmı, yaxud Ç bəndini kim ləgv edə bilər? Vaxt ayırdıgınıza görə təşəkkür edirəm.

  10. Bagirov Rasim Yaşar oglu 16 Aprel 2022

    Mən Bagırov Rasim, 1997 ci ildən 03.03.2020ci ilə qədər Qarasu Əməliyyat Şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Son vəzifəm Baş mexanik Xidmətinin rəisi olub. 2020 ci il 10.02də baş vermiş istehsalat qəzasına görə mən daxil 5 nəfəri rəhbərlik işdən azad etdi, amma ƏMsinin 70ci maddəsinin Ç bəndi lə.Uzun müddətdirki, başqa sahələrdə iş təklıfləri olur, ancaq işəgötürən Ç bəndinə görə imtina edir. Bilmək istəyirəm ki, bu Ç bəndinin qanunvericiliyə görə bir son müddəti varmı ki bu cəza olaraq nə vax bitir? Birdəki, əyər vətəndaş bu və ya digər səbəblərdən Ç bəndi ilə işdən çıxarıbsa deməlı o ömrünün sonuna qədər hər hansı işə girə bilməməlidir, yoxsa başqa variantlar var? Və son sualım odur ki, məni işdən azad edən Şirkətin Ç bəndini götürmək hüququ varmı, yaxud Ç bəndini kim ləgv edə bilər? Vaxt ayırdıgınıza görə təşəkkür edirəm.

  11. Elcin 30 İyun 2022

    Salam 70 madenin ç bendi hansi halarda qoyula biler. Men hep olundugum gun 70 ç madesile meni isden azad edible bu barede oyrenmek olar

  12. Aytən 14 Oktyabr 2022

    Salam, Ə.M. 70-ci maddəsinin e bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) işdən azad olunan işçilərə Ə.M.77-ci maddəsi (Ə.M.-nə xitam verilərkən işçilərin təminatları) şamil edilirmi? Təşəkkürlər.

  13. Cavid 24 Oktyabr 2022

    Salam mene 70-72ci madde ile iwden uzaxlawdiriblar bu nece ola biler hansi hallarda zehmet olmasa melumat vererdiz

  14. Səadət 29 Noyabr 2022

    Salam bu 70 maddə hələ qüvvədədir? Yox clxarllb. Deyə bilərsiz?

  15. Mikayil 30 Noyabr 2022

    Salam men 2014 cu ilde ise girdim ve 2022 ci ilde isime haqsiz yere 70 ci maddenin ç bendi ile isi.e xitam verilib men bu barede neqeder vax erzinde mehkemeye muraciyyet ede bilerem onuda mildirimki xitam tarixinin uzerinden 1 aydan artiq muddet kecib

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər