ƏLA XƏBƏR!!! Artıq Əmək Məcəlləsi də evdən işləməyə icazə verəcək (6-ci yazı)

ƏLA XƏBƏR!!! Artıq Əmək Məcəlləsi də evdən işləməyə icazə verəcək (6-ci yazı)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayır. İlk beş yazımızda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya , əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf bayram günləri, ezamiyyət və əmək müqaviləsinin müddəti ilə bağlı əlavə və dəyişikliklər haqqında məlumat vermişdik.

Bu yazımızda Əmək Məcəlləsinə təklif edilən və işçilərin xeyrinə olan məsələ haqqında yazaciyiq. Qanun qüvvəyə mindikdən sonra Əmək Məcəlləsinə əsasən işçisinin öz evində, habelə distant (məsafədən) iş vəya teleiş formasında işləməsinə icazə veriləcək. Bununla bağlı,  Əmək Məcələsinin “Əmək şəraitinin əlavə şərtləri” bəndinə aşağıdakı cümlə əlavə ediləcək:

 55-ci maddənin birinci abzası birinci hissə hesab edilsin və bu maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

. Əmək funksiyalarının işçinin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş  formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir.

Yeni təklif olunan maddədən göründüyü kimi, işçinin mütləq olaraq işə gəlməsinə artıq ehtiyac olmayacaq. Əmək müqaviləsində qeyd edilməklə İşçi öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında da işləyə bilər.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər