Cümə, 08 İyun 2018 07:49

Böyük prokuror mühasibləri korrupsiyadan çəkindirməyin yollarını göstərdi

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev mühasiblərin korrupsiya ilə bağlı cinayət əməllərinə yol verməməsi üçün görülən tədbirlərdən danışıb: “Adətən, bu cür məsələlərdə beynəlxalq təcrübədə tətbiq olunan ən yaxşı praktiki üsulları nəzərə almaq olar. Bura cavabdehliyin artırılması, səlahiyyətlərin dəqiqləşdirilməsi, müvafiq qanunvericilik aktlarının qəbul olunması, etik davranış qaydalarının tətbiqi və dürüstlük mədəniyyətini formalaşmasını aid etmək mümkündür. Dövlətimiz tərəfindən qanunvericilik təkmilləşdirilərək sadələşdirildiyi halda, məsuliyyət tədbirləri də sərtləşdiriləcək”.

Qeyd edək ki, Elnur Musayev bu fikirləri 28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az-ın rəsmi media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyasında spikerlərin təqdimat zamanı səsləndirib.

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ I
V NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın