Ezamiyyənin gündəlik və mehmanxana xərcində fərqliliyinin izahı

Ezamiyyənin gündəlik və mehmanxana xərcində fərqliliyinin izahı

mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual:  Salam. Xaricə ezamiyyə xərcləri təyin olunub ki, 40% yemək xərcləri, 60% hotel təşkil edir. Faktiki xərc hotel 50%, yemək 50% olsa, vergi tərəfdən nəsə sual yaranır? Nəzərə alın ki xərclər cəmi normanı keçməyib. Təşəkkür edirəm.

Belə deyim: cəmi Kiev şəhərinə norma 210 dollardır. 126 dollar hotel olmalıdı, 84 dollar yemək. Adam 100dollar hotelə, 110 dollar yeməyə ödəyib. Bu zaman 110-84= 26 dollar fərqi işçi ödəməlidir? Amma ümumilkdə təyin olunan normanı – 210 dolları keçməyib. Bu zaman artıq yemək normasını (26 dollar) vergi xərc kimi tanımır?

Sabuhi Yusifbəyli

Cavab: Qeyd etdiyiniz kimi normalar 40% və 60%-dir. Normadan az olan 50% fazi üçün heç bir sual yaranmır, yəni bu 60% mehmanxana xərcindən azdır və məhdudiyyətsiz gəlirdən çıxılır. Amma 40% normadan çox olan 50%-in 10%-i gəlirdən çıxılmayaraq, sərəncamda qalan mənfəət hesabına silinəcək. Baxmayaraq ki, ümumi məbləğ normanı aşmayıb, normadan artıq olan hissə xərclərə silinməyəcək.

 

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Fərid 05 Oktyabr 2021

    12000 azn dəyərində qurğuları vardır. Istismar müddəti 5 ilə bərabərdir. AR Vergi Məcəlləsinə əsasən amortizasiya hansı metodla hesablanacaq

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər