Çərşənbə axşamı, 24 İyul 2018 05:26

İki şirkəti bir direktor idarə edə bilər?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Digər şirkət (A şirkəti) rəsmi və hüquqi olaraq bir başqa şirkətin (B şirkətinin) tabeliyinə keçir. Təsisçi eyni şəxsdir, direktorlar fərqlidir. Təsisçilərin qərarı ilə A şirkəti kənar idarəçiliyə verilir və A ilə B arasında "kənar idarəetmə haqqında" müqavilə imzalanır. A-nın direktoru vəzifədən azad edilir, B -nin direktoru isə yeni qanuni təmsilçi kimi "kənar idarəçi" adlandırılır. Sualım belədir: A şirkətində çalışan işçilərin (şirkətin icra orqanının səlahiyyətləri və direktoru dəyişildiyi tarixdən sonra) əmək müqavilələri elektron portalda və digər şəxsi işlərində yenilənmə olmalıdırmi? Ümumiyyətlə, hansı lazımi proseslər icra olunmalıdır? Bu iki şirkəti bir direktor idarə edə bilərmi? Minnətdaram.

Vüqar Baxışov

Cavab: Sualdan belə aydın olur ki, şirkətlərdə təsisçi dəyişikliyi olmayıb. Təsisçilər olduğu kimi qalıb, amma idarəetmə qaydaları dəyişilib. Əgər belədirsə, onda ƏƏSMN informasiya bildiriş bazasında heç bir dəyişiklik etmək lazım deyil. Hətta Əmək Məcəlləsinin tələblərinə əsasən təsisçi (mülkiyyətçi) dəyişikliyi olsa belə, işçilərin əmək müqavilələrinin ləğv olunması məcburi deyil.Yəni, ləğv olunma yeni mülkiyyətçinin istəyindən asılıdır, əlbəttə ki, qanunvericilikdə müəyyən məhdudiyyətlər də nəzərdə tutulub.

Sizin halınızda isə heç bir əlavə və ya dəyişik olunmalı deyil.

Sualın ikinci hissəsinə gəlincə, bir şəxs bir neçə yerdə işləyə bilər. Bir yerdə əsas iş yeri kimi, digər yerlərdə isə əlavə iş yeri kimi çalışması mümkündür. Odur ki, sizin direktor işçi kimi bir neçə yerdə çalışa bilər.

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
 
 
 

 

Şərh yazın