Torpaq, tikili və avadanlıqlar Milli Mühasibat Uçotu Standartında necə uçota alınır?

Torpaq, tikili və avadanlıqlar Milli Mühasibat Uçotu Standartında necə uçota alınır?

Mühasibat balansının 11-ci maddəsi “Torpaq, tikili və avadanlıqlar” adlanır. Bu maddəyə müəssisənin maddi və fiziki formaya malik olan aktivləri daxildir. “Torpaq, tikili və avadanlıqlar” 7 №-li Milli Mühasibat Uçotu Standartında açıqlanıb.
 Mühasibat balansının bu maddəsinə müəssisənin mülkiyyətində olan və ya maliyyə icarəsi üzrə istifadə edilən amortizasiya xərcləri çıxıldıqdan sonra torpağın, tikililərin, avadanlıqların, maşınların, cihazların, nəqliyyat vasitələrinin və digər torpaq, tikili və adanlıqların xalis balans dəyəri aiddir. Bu maddəyə, həmçinin 13 №li Milli Mühasibat Uçotu Standartına əsasən, torpaq, tikili və adanlıqların təkrar istehsalı ilə əlaqəli yaranmış hər hansı məsrəflərin kapitallaşdırılması daxildir. Torpaq, tikili və avadanlıqlar müvafiq olaraq hesablar planının 111 və 113-cü hesablarında uçota alınır.
Torpaq istisna olmaqla, “Torpaq, tikili və avadanlıqlar”ın bütün maddələri müəyyən istismar müddətinə malik olduğu üçün onlara bu müddət ərzində sistematik və rasional qaydada amortizasiya hesablanmalıdır.
Göstərilən amortizasiya məbləğinin uçotu 112-ci hesabda aparılır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər