Cümə, 30 Mart 2012 05:02

Hamiləliklə bağlı müavinətin hesablanması zamanı nəzərə alınan 6 ay sosial stajın izahı

Birinci və sonrakı iş yerində olmasına baxmayaraq, ümümilikdə 6 ay sosial stajı olmayan işçi bir iş yerində 6 ay işləməyibsə və əmək qabiliyyətini itiribsə və ya hamiləliyə görə məzuniyyətə çıxıbsa, onda həmin işçiyə heç bir müavinət hesablanmır. Burada diqqətli olmaq lazımdır, söhbət işçinin bir iş yerində 6 ay sosial sığorta stajının olmamasından deyil, ümumilikdə 6 aylıq sosial sığorta stajının yoxluğundan gedir. Buradan belə bir sual meydana çıxır ki, işçiyə ödəniş edilmirsə, onda onu məzuniyyətə buraxmaq olarmı?

Bir iş yerində 6 aydan az çalışan işçi əmək qabiliyyətini itiribsə, xəstələnibsə, hamiləliyə və doğuma görə xəstəlik vərəqəsini gətribsə, o, işəgötürən tərəfindən məzuniyyətlə təmin olunmalıdır. Lakin həmin dövr üçün işçiyə əməkhaqqı hesablanmamalıdır.

Şərh yazın