Çərşənbə, 28 Mart 2012 04:20

Milli Mühasibat uçotu standartlarinda təxirə salınmış vergi aktivləri və vergi öhdəlikləri haqqında hansı məlumatlar verilir?

Təxirə salınmış vergi anlayışını daha asan başa düşmək əvvəlcə yeni Milli  Mühasibat uçotu standartlarında 16 və 42 saylı maddələrə nəzər salaq.

16. Təxirə salınmış vergi aktivləri

161 Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri

162 Digər təxirə salınmış vergi aktivləri

Mühasibat balansının “Təxirə salınmış vergi aktivləri” adlı 16-cı maddəsində 4 N-li Milli Mühasibat Uçotu Standartına əsasən təxirə salınmış vergi aktivləri barədə məlumatların ümumiləşdirilməsi nəzərdə tutulur. Belə aktivlər Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesablanmış uçot mənfəəti ilə vergi qanunvericiliyi əsasında hesablanmış vergi mənfəəti arasında yaranmış müvəqqəti fərqlər nəticəsində müəyyən edilir. Təxirə salınmış vergi aktivlərinin uçotu mühasibat uçotunun hesablar planının 161 və 162-ci hesablarında aparılır.

42 Təxirə salınmış vergi öhdəlikləri

421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

422 Digər təxirə salınmış vergi öhdəlikləri

Hesablar planının Təxirə salınmış vergi öhdəlikləri adlı 42-cü bölməsində (və ya mühasibat balansının 42-cü maddəsində) 6 N-li Milli Mühasibat Uçotu Standartına əsasən mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri və digər təxirə salınmış vergi öhdəliklərinə dair məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulur. Mühasibat balansında yuxarıda qeyd olunan maddələr müvafiq olaraq hesablar planının 421 №-li və 422 №-li hesablarında ayrıca təqdim edilməlidir.

Şərh yazın