Çərşənbə axşamı, 27 Mart 2012 06:04

Törəmə, asılı və birgə müəssisə anlayışının SADƏ şəkildə izahı

Yeni standartlarda törəmə müəssisə, asılı müəssisə və birgə müəssisə anlayışının izahı da var. Sadə və başa düşülən şəkildə həmin anlayışların izahını verək.

Ola bilər ki, bir təşkilat digər təşkilatın idarə edilməsində, qərarların qəbulunda, maliyyə əməliyyatlarının idarə olunmasında nəzarət funksiyasına malikdir. Misal kimi, bir müəssisə digər müəssisənin nizamnamə kapitalında payların və yaxud səhmlərin 50%-dən çoxuna və qeyd etdiyimiz nəzarət fuksiyasına malikdirsə, artıq bu payları alan müəssisə ana müəssisə və digər müəssisə isə törəmə müəssisə sayılır. 
Sadə şəkildə desək, payların və yaxud səhmlərin 20%-dən 50%-nə kimi hissəsinə malik olan və idarəetmədə əhəmiyyətli təsir gücü olan müəssisə ana müəssisə, digər müəssisə isə asılı müəssisə sayılır.
Digər müəssisədə 20%-dən aşağı paya malik olan müəssisə artıq ana müəssisə sayılmır və digər müəssisədəki payı sadəcə investisiya qoyuluşu (maliyyə aktivi) hesab olunur. 
Birgə müəssisə isə iki və ya daha çox müəsssisənin iş birliyilə qurulan şəxsdir. Burada paylardan asılı olmayaraq, bütün qərarları, maliyyə əməliyyatları üzrə tapşırıqları tərəflər birgə qəbul edirlər.

 

Şərh yazın