Bazar ertəsi, 26 Mart 2012 06:23

Təxirə salınmış vergi aktivləri və vergi öhdəliyinin misalla izahı

 

İndi isə təxirə salınmış vergi ilə bağlı bir neçə sadə misala baxaq. Tutaq ki, «AA» firması bankdan kredit alıb və bu kreditin təyinatında əsasvəsait (torpaq, tikili və avadanlıq) almaq nəzərdə tutulub. Firma aldığı 20.000 manat kredit hesabına avadanlıq alıb. Kreditin faizi 1.000 manat təşkil edir. Kredit qısamüddətlidir, bir aylıq müddətə alınıb. Yeni Milli Mühasibat uçotu standart- larına əsasən, belə faizlər əsas vasaitlərin dəyərinə əlavə olunmalıdır. Amma Vergi Məcəlləsinin 143-cü maddəsinə görə, belə faizlər gəlirdən çıxılır, yəni xərclərə salınır. Buradan görünür ki, vergitutma məqsədləri üçün vergi uçotu ilə mühasibat uçotu arasında fərq yarandı. Birində məbləğ xərclərə silinir, digərində isə əsas vəsaitin dəyərinə daxil edilir. Belə fərqlərə yeni standartlarda müvəqqəti fərqlər deyilir.

 

Misalın davamı kimi deyək ki, qeyd etdiyimiz faizi nəzərə almadan, «AA» müəssisəsinin illik mənfəəti 100.000 manat olub. Mənfəət vergisi 20%-dir. İndi görək bunlar necə uçota alınmalıdır.

Mühasibat uçotunda 1.000 manatlıq faiz xərci artıq əsas vəsaitin dəyərinə əlavə olunub və bu məbləğ gəlirdən çıxılmır, ona görə də «AA» müəssisənin illik vergi tutulan mənfəəti 100.000 manat olacaq.

İllik mənfəət: 100.000 manat

Mənfəət vergisi: 20%

Mənfəət vergisi (vergi xərci) : 20.000 manat

Vergi uçotunda

1.000 manatlıq faiz xərci xərcə silinir və «AA» müəssisənin illik vergi tutulan mənfəəti 1.000 manat azaldılır.

İllik mənfəət: 100.000 manat

1.000 manat faiz xərcinin azaldılması: 100.000-1.000 = 99.000 manat

Vergi tutulan mənfəət: 99.000 manat

Mənfəət vergisi: 20%

Cari vergi: 19.800 manat

Göründüyü kimi mühasibat uçotundakı mənfəət vergisi ilə vergi uçotundakı mənfəət vergisi arasında 200 manatlıq (20.000 manat - 19.800 manat) fərq yarandı. Deməli, 200 manat təxirə salınmış vergidir. Mühasibat uçotunda mühasibat uçotuna görə mənfəət vergisini qeyd edirik. Və bunu vergini vergi uçotuna uyğunlaşdırmaq üçün aralıq olaraq təxirə salınmış vergi hesablarından istifadə olunur.

Bəs, təxirə salınmış vergi aktivini və təxirə salınmış vergi öhdəliyni necə başa düşək? Bu, sadə bir prosesdir. Yenidən yuxarıdakı misala qayıdaq. Misaldan görünür ki, vergi məqsədləri üçün mənfəət vergisi mühasibat uçotunda olan mənfəət vergisindən azdır. Onda həmin 200 manat təxirə salınmış vergi öhdəliyi kimi uçota alınır ,yəni 42 saylı maddədə əks olunur. Əksinə olarsa, yəni mühasibat uçotu ilə hesablanılmış mənfəət vergisi, vergi uçotu ilə hesablanılmış mən- fəət vergisindən az olarsa, onda əksinə məbləğ təxirə salınmış vergi aktivi kimi 16 saylı maddədə uçota alınır.

 

Şərh yazın