Təhtəlhesab hesablaşmalarların necə aparılması məqsədəuyğundur

Təhtəlhesab hesablaşmalarların necə aparılması məqsədəuyğundur

Kassa əməliyyatları kimi təhtəlhesab hesablaşmalar da müəssisədə çox tez-tez rast gəlinən əməliyyatlardandır. Əvvəllər təhtəlhesab hesablaşmalar ancaq müəyyən kiçik məbləğli əməliyyatların aparılması üçün nəzərdə tutulmuşdu. Məsələn, xırda təsərrüfat əməliyyatlarının və ezamiyyə xərclərinin çəkilməsi üçün. Amma 90-cı illərdən başlayaraq ölkə iqtisadiyyatının işkişaf etməsi fonunda nağd dövriyyənin artması təhtəlhesab əməliyyatların məbləğini mütəmadiliyini artırdı. Odur ki, təhtəlhesab əməliyyatların növləri çoxaldı. Ümumiyyətlə, təhtəlhesab əməliyyatlar əsasən xəzinədən vəsaitin alınması və müəyyən vaxtdan sonra alınan məbləğə görə hesabatın təqdim olunması ilə rəsmiləşdirilir.
Amma təcrübədə çox hallarda təhtəlhesab şəxs öz vəsaitini xərclədikdən sonra müəssisəyə hesabatı təqdim edir və kassa dan vəsatini geri götürür. Belə hallar yolveriləndir və burada heç bir qanun pozuntusu yoxdur. Amma məsləhət görərdik ki, nəzarəredici orqanların lazımsız suallarından qaçmaq üçün əvvəlcə vəsait xəzinədən təhtəlhesab şəxsə verilsin və o, pulu xərcləyəndən sonra avans hesabatını təqdim etsin.

Monitor Konsaltinq jurnalı: Avans hesabatının nümünəvi formasini istəyənlər şərh yazmaqla və   email adressine fikirlərini bildirməklə əldə edə bilərlər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər