Yalnız kassa çeki ilə alınan mal-materiallar necə rəsmiləşdirilməlidir?

Yalnız kassa çeki ilə alınan mal-materiallar necə rəsmiləşdirilməlidir?

Təcrübədə mal-materialların kassa çeki ilə alınması hallarına çox rast gəlinir. Daha doğrusu, bu haqda mənə çox suallar verirlər. Soruşurlar ki, mağazadan hər hansı bir mal almışıq, kassa çeki veriblər, amma bildiyiniz kimi kassa çekində malın çeşidi, miqdarı, vahidinin qiyməti barədə heç bir məlumat olmur. Yalnız ümumi məbləğ yazılır. Bu halda nə etməli? Təcrübədə belə hallarda müəssisə tərəfindən malların mədaxil olunması haqqında əlavə akt tərtib olunur. Aktın nümunəvi formasını aşağıda təqdim edəcəyik. Akta keçməzdən əvvəl bir məsələni bildirək ki, nəzarət-kassa aparatının tətbiqi qaydalarında yazılıb ki, istənilən obyektlə kassa aparatı qoyulan zaman elə quruşdurulmalıdır ki, satılan malın, işin xidmətin çeşidi, miqdarı, vahidinin qiyməti və məbləği haqqında aydın məlumat olsun.

Bu məsələdə diqqətli olmaq, kassa aparatı servis mərkəzindən bunları tələb etmək lazımdır. Şəxsi təcrübəmdə (həm ticarət, həm xidmət, həm də istehsalat obyektlərində) buna nail olmuşam. Amma buna baxmayaraq hələ də müəyyən orqanlar kassa çeklərini yuxarıdakı dediyimiz şəkildə qəbul edirlər (ümumi məbləğ yazılmış formada). Bu zaman mütləq akt tərtib etmək lazımdır.

Aktın nümünəvi formasini yükləyin

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər