Elektron qaimə-faktura ilə bağlı təcrübəvi sualın CAVABI

Elektron qaimə-faktura ilə bağlı təcrübəvi sualın CAVABI

Agent malların alıcısına e-Qaimə verə bilər?
 
Sual: VM-nin 172.4.3-cü maddəsinə əsasən "Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturası verə bilməz." Belə olan halda aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm. 
1. Agent malların alıcısına e-Qaimə verə bilərmi? 
2. e-Qaimə verə bilərsə qaimənin doldurulması zamanı xanalar (ƏDV-yə cəlb olunan, cəlb olunmayan və.s) necə doldurulmalıdır? 
3. e- Qaimə Verə bilməzsə, agentdən mal alan alıcıya gələcəkdə VM-nin 58.8-ci maddəsinin tətbiqi necə olacaq?
Həsənov Canbulad Xəyalət, [email protected], Bakı (21.02.2018) 
Cavab: Bildiririk ki, qanunvericiliyə əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Odur ki, alıcılara elektron qaimə-faktura satıcı ilə müştəri arasında vasitəçilik fəaliyyəti göstərən agent tərəfindən deyil, satıcı tərəfindən təqdim edilir.
Eyni zamanda bildiririk ki, agent tərəfindən malların satışı üzrə vəkalət verənə (satıcıya) göstərilən xidmətə görə  elektron qaimə-faktura təqdim edilir.
 
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər