Vergi və Mühasibat uçotunun üzləşdirilməsi ilə bağlı Təcrübəvi sualın cavabı

Vergi və Mühasibat uçotunun üzləşdirilməsi ilə bağlı Təcrübəvi sualın cavabı

Mks.az eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

"Büdcə ilə hesablaşmalar" hesabının son qalığı ilə şəxsi hesab vərəqəsindəki qalıq mütləq uyğun olmalıdır?

Sual: Belə bir sualım var. Zəhmət olmasa, cavablandırılmasına köməklik edərdiz. Məlum olduğu kimi mühasibat uçotunda yalnız hesablama metodundan istifadə edildiyi halda, vergi uçotunda kassa metodu da nəzərdə tutulmuşdur, hətta bəzi hallarda məcburidir. Məsələn: mühasibat uçotuna görə aylıq satışlara görə hesablama metoduna əsasən göndərilən e-qaimələrə əsasən ƏDV hesablanırsa, vergi uçotunda isə bildiyimiz kimi ay ərzində gələn avanslara görə də ƏDV hesablandığından büdcəyə olan vergi öhdəliklərində fərqlər olacaqdır (əlavə olaraq bir çox misallar da çəkmək olar).
Sualım belədir ki, şirkətin hesabat dövrünün sonuna köhnə hesablar planı ilə desək, 68 №-li "Büdcə ilə hesablaşmalar" hesabının son qalığı ilə şəxsi hesab vərəqəsindəki qalıq eyni olmalıdırmı? Yəni yuxarıda qeyd etdiyim kimi fərqlər varsa əlavə mühasibat yazılışı verilib eyniləşdirmək lazımdırmı? Yoxsa bu fərqlər təbiidir və eyniləşdirmək olmaz? Sabah audit və ya vergi yoxlaması gəlsə bu məsələyə necə baxacaqlar?

Vüsal Rzayev

 Cavab: Yaxşı sualdır. Şəxsi vərəqənin istənilən tarixə olan qalığı mühasibat və ya vergi uçotu üzrə 68-ci hesabın qalığı ilə eyni olamyacaq. Məsələn 31.07.2018-ci ilə 68-ci hesabın qalığına baxsaq, şəxsi vərəqə ilə eyni olmayacaq. Ona görə ki, iyul aynın ƏDV hesabatı 31.07.2018-ci il tarixindən sonrakı tarixlərdə təqdim ediləcək. Bəli, hesabat təqdim olunandan sonra üzləşdirsək, onda uyğunluq olacaq. Bundan əlavə vergilərin vaxtlı-vaxtında ödənilməməsinə görə faizlər hesablanılır. Bir çox hallarda şəxsi vərəqədə görünür, amma mühasiblər 68-də yazmır. Belə çoxlu misallar gətirmək olar.Yəni, fərqlər olacaq.

Amma konkret tarixə yox, konkret dövr üçün qalığa baxdıqda qalıqlar uyğun olmalıdır. Ona görə də 68-ci hesabda avansların, faizlərin, maliyyə sanksiyalarının, vergilərin, hətta cari vergi hesablamaların müxabirləşmələri yazılsa, yaxşı olar. Belə olan halda, konkret dövr üçün baxdıqda, şəxsi vərəqədə olan qalıqlar 68-ci hesabda olan qalıqlara uyğun olacaq.

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər