Dövlət Məşğulluğu Xidmətinin mühasibi 80 min manatı necə mənimsədi

Dövlət Məşğulluğu Xidmətinin mühasibi 80 min manatı necə mənimsədi

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluğu Xidmətinin Bakının rayonlarında birində çalışan mühasibinin cinayət işində nələr baş verdiyi, niyə məhz bu cinayət işi haqqında məlumat vermək istədiyini açıqlayıb: “Öncədən deyim ki, cinayət işi ilə bağlı məhkəmənin hökmü qüvvəyə minib, yəni ictimaiyyətə açıqdır. Qurumun əməkdaşları müvafiq şəxslərə məşğulluqla bağlı müavinət ödənişləri həyata keçirirlər.  Xidmətin mühasibi müxtəlif şəxşlərlə sövdələşərək saxta arayışlar tərtib edib, həmin saxta sənədlər əsasında kifayət qədər insana bir neçə il qanunsuz olaraq müavinətlər ödəyib. 2011-2014-cü illərdə 80 000 manat məbləğin qanunsuz olaraq ödənilməsi müəyyən edilib. Necə ola bilər ki, mühasib saxta sənədlər düzəldir, sonra onu qəbul edir,

həmçinin qanunsuz vəsaitlərin nağdlaşdırılmasını həyata keçirir? Qeyd edilən hal dərin məsələ olsa da, aydın olan odur ki, mühasiblər öz işləri ilə məşğul olmurlar, özlərinə aid olmayan funksiyaları həyata keçirirlər, bunun hesabına qanunsuz əməlləri həyata keçirirlər. Təbii ki, bu cür hallar baş verdikdə, adətən müəssisənin digər vəzifəli şəxslərinin də məlumatı olur. Amma burada əsas şəxs imza atmalqa  məsuliyyəti öz üzərinə götürən mühasibdir”.

Qeyd edək ki, Elnur Musayev bu fikirləri 28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az-ın rəsmi media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyasında spikerlərin təqdimat zamanı səsləndirib.

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər