Mühasiblərə maraqlı sual: Xəzinə kitabı hansı dövriliklə yazılmalıdır?

Mühasiblərə maraqlı sual: Xəzinə kitabı hansı dövriliklə yazılmalıdır?

Tanınmış mütəxəssis Radil Fətullayev kassa əməliyyatları ilə bağlı seminar iştirakçıları olan mühasiblərə maraqlı sualla müraciət edib: “Xəzinə kitabı gündəlik yoxsa aylıq yazılır?” Bəzi iştirakçılar xəzinə kitabını əməliyyat olduğu tarixlərdə, bəziləri isə həftədə bir dəfə yazılmalı olduğunu bildiriblər. Radil müəllim isə bildirib ki, bəzi mühasiblər xəzinə kitabını aylıq olaraq yazır ki, bu da məqsədəuyğun hal hesab edilə bilməz: “Xəzinə kitabı ona görə sıralanır ki, gündəlik yazılışıar qeyd olunsun. Hansı gün xəzinə ilə bağlı əməliyyat olarsa, həmin tarixdə də xəzinə kitabı yazılmalıdır.”

Təlimin gedişi zamanı mks.az-ın eksperti, sərbəst auditor Altay Cəfərov da xəzinə kitabının hansı dövriliklə yazılması bağlı öz yanaşmasını iştirakçılarla bölüşüb: “Xəzinə kitabının gündəlik, 3 gündən bir, həftəlik və aylıq olaraq yazılması ilə bağlı qanunvericilikdə hər hansı tələb yoxdur. Bu məsələyə sırf təcrübə akspertindən baxmaq olar. Xəzinə kitabının hansı dövriliklə yazılması vergi ödəyicisinin uçot siyasətindən asılıdır. Ola bilər ki, hər hansı rəhbər gündəlik əməliyyatların çox olması səbəbindən gündəlik, digər rəhbər isə gündəlik dövriyyənin az olması səbəbindən həftəlik xəzinə kitabının yazılmasını məqsədəuyğun hesab edir. Təbii ki, aylıq olaraq xəzinə kitabının yazılması da məntiqə uyğun gəlmir. Kassa üzrə əməliyyatların çox vəya az olmasından asılı olaraq, xəzinə kitabının yazılması da gündəlik vəya 3 gündən bir ola bilər.”

Qeyd edək ki, 28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda tanınmış mütəxəssis Radil Fətullayev "Mühasibat uçotu sənədlərinin vergi auditinin tələblərinə  uyğunlaşdırılması yolları" mövzusunda təqdimat edib. Təqdimatdan maraqlı məqamları oxucularla bölüşəcəyik.

  ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

 Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər