Vergi uçotu malların xarab olmasını nə zaman xərc kimi tanıyır?

Vergi uçotu malların xarab olmasını nə zaman xərc kimi tanıyır?

Tanınmış mütəxəssis Altay Cəfərovdan mal itkisilə bağlı düşündürücü praktiki misal

Tanınmış audit, mks.az saytının eksperti Altay Cəfərov ehtiyatların zay olması və istehsalatda itkilərlə bağlı maraqlı açıqlamalar verib: “Mühasibat uçotu baxımından malların itkisi baş verirsə və ya xarab olma varsa, bu zaman birbaşa xərcdə tanınır. Amma Vergi qanunvericiliyində bu prossesi tanımaq bir az mürəkkəbdir. Vergi Məcəlləsinə əsasən, mallar itərsə, istehsalatda zay sayılarsa, xərc kimi tanımaq üçün fövqəladə halların (sel daşqını, zəlzələ və s.) baş verməsi mütləqdir. Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Mks.az-ın eksperti öz təcrübəsindən fövqəladə halla bağlı maraqlı nümunə də gətirib: “Regionlarda yerləşən obyektin tavanı güclü külək nəticəsində dağıldı və sonradan yağış nəticəsində mallar xarab oldu. Bu hadisənin fövqəladə hal olmasını sübüt etmək üçün müxtəlif orqanlardan rəy alınması çox uzun çəkdi. O qədər uzun çəkdi ki, təşkilatın rəhbərliyi sonda bu cür sənədləşmələrə vaxt sərf etməkdənsə, silinən malların 18 faizlə ƏDV-yə cəlb etməyin daha məqsədəuyğun olduğu qənaətinə gəldi”.
Qeyd edək ki, 28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda mks.az saytının eksperti, Auditorlar Palatasının üzvü Altay Cəfərov “Ehtiyatların mühasibat uçotu və vergi uçotu baxımından tələb olunan qaydaları, uçot zamanı yaranan problemlər və həlli yolları» mövzusunda təqdimat edib. Təqdimatdan maraqlı məqamları oxucularla bölüşəcəyik.

 ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Fərhad 30 Mart 2022

    Salam.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər