Azqiymətli və tez köhnələn əşyanı birbaşa xərc kimi tanıdıqda, vergi baxımdan hansı problem yarana bilər?

Azqiymətli və tez köhnələn əşyanı birbaşa xərc kimi tanıdıqda, vergi baxımdan hansı problem yarana bilər?

28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda mks.az-in eksperti, sərbəst auditor Altay Cəfərov “Ehtiyatların mühasibat uçotu və vergi uçotu baxımından tələb olunan  qaydaları, uçot zamanı yaranan problemlər və həlli yolları» mövzusunda təqdimat edib. Təqdimatdan maraqlı olan hissələri oxucuların diqqətinə çatdırırıq.
Altay müəllim təqdimatı zamanı azqiymətli və tez köhnələn əşyaların uçota alınması məsələsinə də toxunub: “Azqiymətli və tez köhnələr əşyalar haqqında müəllifi olduğum “Mühasibat uçotu” kitabında da məlumat vermişəm. Təqdimat zamanı da bir sıra nüanslara diqqətinizi çəlb etmək istəyirəm. Bildiyiniz kimi, malları alıb-satırıq, xammalları alıb istifadə edib maya dəyərinə daxil edirik. Azqiymətli və tez köhnələn əşyalara gəlincə isə, bəzi vergi ödəyiciləri onları alan kimi, xərcə daxil edirlər. Mühasiblərə tövsiyyəm odur ki, prossesi bu cür aparmayın.  Az-qiymətli və tez köhnələn əşyaların istifadə müddətini müəyyənləşdirin və bu müddət bitdikdən sonra xərc kim tanıyın. Ona görə təklif edirəm ki, az-qiymətli və tez köhnələn əşyaları “Ehtiyat”ların cari sub-hesablarda uçota almaq lazımdır.”

İştirakçının “azqiymətli və tez köhnələn əşyanı aldıqda birbaşa xərcə salmaq olarmı” sualına cavab olaraq, Altay müəllim bildirib ki, Vergi Qanunvericiliyi baxımdan onları xərc kimi tanımaqda hər hansı məhduddiyət yoxdur: “Təcrübədə azqiymətli və tez köhnələn əşyanı müəyyən müddət istifadə edirik. Vergi Məcəlləsinə əsasən, dəyəri 500 manatdan aşağı olan inventarı xərcə salmaq hüququmuz var. Amma mühasiblər uçotu mühasibat uçotuna uyğun aparmalıdır. Bundan əlavə, vergi orqanı inventarizasiya haqqında qərar verərək vergi ödəyicisində inventarizasiya apardıqda da istifadə olunan inventarlarla bağlı suallar yarana bilər. Təcrübəmdə bu cür hallarla rastlaşmışam. ”

 

 ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ I
V NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər