Altay Cəfərovdan kassa və hesablama metodunun sadə izahı

Altay Cəfərovdan kassa və hesablama metodunun sadə izahı

28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda mks.az-in eksperti, sərbəst auditor Altay Cəfərov “Ehtiyatların mühasibat uçotu və vergi uçotu baxımından tələb olunan  qaydaları, uçot zamanı yaranan problemlər və həlli yolları» mövzusunda təqdimat edib. Təqdimatdan maraqlı olan hissələri oxucuların diqqətinə çatdırırıq.

Altay müəllim gəlirin və xərcin uçotu prinsiplərində istifadə olunan kassa və hesablama metodu ilə bağlı məlumat verib: “Öncədən qeyd edim ki, mühasibat uçotunda yalnız hesablama metodundan istifadə edilir. Yəni Mühasibat uçotunda kassa metodu ilə bağlı anlayışa rast gəlməyəcəksiniz. Vergi Məcəlləsi imkan verir ki, kassa metodunu da seçə bilərsiniz. Ehtiyatlarla bağlı tövsiyyə edərdim ki, hesablama metodundan istifadə edəsiniz.“

Mks.az-in eksperti seminar iştirakçıların diqqətinə hesablama və kassa metodunun sadə dildə izahını çatdırıb: “Mal anbara daxil olanda, bununla bağlı pulun ödənilib ödənilməsindən asılı olaraq uçota alınır. Mal satıldıqda, satışa görə ödəniş olub-olmağından asılı olmayaraq gəlir kimi tanınır. Kassa metoduna gəlincə, istehsal sahələri üçün ümumiyyətlə problemdir. Misal üçün, 1000 manatlıq karamel almışıq ki, onun da hələ 500 manatı ödənilib. Bundan əlavə, 300 manat nəqliyyat xərci ödənilməyib, amma 100 manat gömrük xərci və  100 manat da digər xərcləri ödənilib. Bu cür halda kassa metodu ilə necə uçot qurulmalıdır? Kassa metoduna əsasən, 300 manat nəqliyyat xərci ödənişi olmadığına görə maya dəyərinə daxil edə bilmərik. Vergi Məcəlləsinin 139-cu maddəsində isə bildirlir ki, ehtiyatların uçotu zamanı xərclər maya dəyərinə daxil edilməlidir. Göründüyünüz kimi, artıq kassa metodu ilə uçot zamanı Vergi Məcəlləsinin müvafiq maddəsi üzrə ziddiyət yaranır. O baximdan mühasiblərə tövsiyyə edərdim ki, hesablama metoduna daha çox üstünlük versinlər.”

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər