Çərşənbə, 23 May 2018 07:03

Qanuna Dəyişiklik! Hansı təşkilatda MÜHASİBATLIĞIN olması MÜTLƏQ TƏLƏBDİR?

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinə təklif edilən  "Mühasibat uçotunun məcburiliyi" adlı maddəyə edilən dəyişikliklər daha vacibdir.  Mks.az saytının satışda olan "Mühasibat uçotu" kitabında bu maddə ilə bağlı olan ekspert şərhinin bir hissəsini diqqətinizə çatdırırıq: "Layihədə Qanunun 3-cü maddəsinin tamamilə yenilənməsi nəzərdə tutulur və müddəaların hər biri mütərəqqi dəyişikliklərdir. Bu maddə ilə bütün təsərrüfat sublektlərinə mühasibat uçotunun aparılması öhdəliyi qoyulub. Dəyişiklik layihəsinə qədər belə bir tələb yox idi ki, təsərrüfat subyektində hökmən baş mühasib və ya mühasib olmalıdır. Amma hazırki dəyişikliklər layihəsi nəzərdə tutur ki, mikro və kiçik təsərrüfat subyektlərindən başqa qalan bütün təsərrüfat subyektlərində mühasibat uçotu üzrə struktur bölməsi olmalıdır. Müəssisənin mühasibatlığını ya əmək müqaviləsi ilə baş mühasib, ya da kənar təşkilat aparmalıdır. Mikro və kiçik təsərrüfat subyektləri isə istəsələr, mühasiblər cəlb edə bilərlər."

Qeyd edək ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun həm rəsmi həm də ekspert şərhini yeni nəşrimiz olan "Mühasibat uçotu" kitabından oxuya bilərsiniz.

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

 Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 

Şərh yazın