Çərşənbə axşamı, 01 May 2018 13:44

Mehdi Babayev: "Dövlət səviyyəsində mühasiblərin sertifikatlaşdırılması 3 istiqamətdə aparılmalıdır”

Milli Mühasiblər Forumunun təşkilat komitəsinin sədr müavini, tanınmış ekspert, Audit üzrə mütəxəssis Mehdi Babayevlə Forum zamanı son günlərin aktual məsələsi - “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa edilməsi gözlənilən radikal dəyişikliklər və digər mühüm məsələlər barədə müzakirə apardıq. Eyni zamanda, oxucuların ünvanladığı bəzi suallara da cavab aldıq.

“Yalnız təlimlə, sertifikat əldə etməklə mühasibat biliklərini artırmaq olmaz”

- Mehdi müəllim, hazırda mühasiblərin əksəriyyəti, hətta uçot üzrə ali təhsili olanlar da təlimlərə üz tutur, sertifikat almağa çalışılar. Sizcə, bunun səbəbi nədir və təlimlərin səviyyəsi qaneedicidirmi?
- Hazırda Bakı şəhərində mühasibat uçotu və vergilər sahəsində biliklərin əldə edilməsi və artırılması ilə əlaqədar təlim obyektlərinin sayı kifayət qədərdir. Hətta deyərdim ki, az qala həftədə 1-2 təlimçi meydana çıxır. Bunu sosial şəbəkələrdə gedən elanlardan da görmək olar. Məsələ ondadır ki, Bakı şəhərində təşkil olunan belə təlimlərin, kursların böyük əksəriyyətində mühasibat uçotunun və ya hesabatların ilkin əsasları və ya uçota giriş mövzularından danışılır. Sual oluna bilər ki, kurs iştirakçıları təhsil aldığı ali məktəblərdə uçotun nəzəriyəsi və uçota girişlə bağlı bilgiləri niyə vaxtında əldə etməyiblər? Mühasibat uçotu sahəsində biliklərin bugünkü vəziyyətdə olmasının köklərini araşdırmaq lazımdır. Yoxsa, hansısa mövzuda təlim keçməklə və sertifikat təqdim etməklə biz mühasibat uçotu bacarıqlarını yüksək səviyyəyə qaldıra bilmərik. Yalnız təlimlərdə iştirak və sertifikatlaşdırma birmənalı olaraq mühasibat və ya maliyyə sahəsində bilgi və bacarıqların artırılması üçün ən yaxşı vasitə ola bilməz. Bu, yanlış fikirdir.
Gəlin, aydınlaşdıraq, bu gün biz mühasiblər yüksək kvalifikasiyalı sertifikat almaq üçün hazırıqmı, təlimçilərin bilik və bacarıqları bizi lazım olan yüksək səviyyəyə çatdıra biləcəkmi, təlimçilər və ya bu işi həyata keçirənlər bizim etibarımızdan sui-istifadə etməyəcəklər ki? "Bir parça kağız" mühasiblərin taleyini həll edəcəkmi və o "bir parça kağız" sertifikat kimi mühasiblərə satılmayacaq ki? Bütün bu neqativ halların olmayacağına zəmanət verən varmı? Mən uzun illər bu sahənin içərisində olan bir şəxs kimi deyə bilərəm ki, sadaladığım neqativ hallarla rastlaşan mühasiblər az deyildir və onların sonrakı peşmançılığı da heç kimə fayda verməyib.

Deyərdim ki, çox az sayda təlim mərkəzləri var ki, həqiqətən mühasiblər obyektiv olaraq kurslara cəlb edilmiş və sonda onların bilgiləri düzgün qiymətləndirilərək sertifikatlarla təmin edilmişlər. Göstərdiklərim bütün bu vəziyyət yaxın son 5-10 ilin acı həqiqətləridir və bu heç kimə sirr deyil.

“...Əks halda qısa müddətdə sertifikatlaşdırma əhəmiyyətsiz bir şeyə çevriləcək”

- “Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası qanununa edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, mühasiblərin sertifikatlaşdırılması prossesinin aparılması nəzərdə tutulur. Sizcə, indiki dövrdə buna ehtiyac varmı?
- Sertifikatlaşdırmanın əleyhinə deyiləm. Lakin bildirmək istəyirəm ki, əgər bu iş həyata keçiriləcəksə, obyektivliyə, düzgünlüyə və səmimiyyətə diqqət yetirilməlidir. Əks halda qısa müddətdə sertifikatlaşdırmaya inam azala və əhəmiyyətini itirə bilər. Ehtiyatlı olmaq lazımdır ki, peşəkar mühasib olmaq istəyənlər əyri yollara baş vurmasınlar. Məsələn, bu dəyişikliklərdən sonra təlim mərkəzlərinin biznes marağı bir az da artacaq və sertifikatlaşdırmanın üstün olmasının təbliğatı güclənəcək. Ən təhlükəli hal odur ki, bu hal universitetlərin fəaliyyətinə kölgə salsın. Yəni, "əsas sertifikatı almaqdır", "universitet diplomu o qədər də önəmli deyil", "sertifikatsız işləyə bilməzsən, səni işə götürməyəcəklər" kimi düşüncələrin formalaşması çox təhlükəlidir. Əsassız olaraq mühasiblərdə "bir parça kağıza" simpatiya yarana bilər və bu da onları elmi, nəzəri və baza biliklərinə yiyələnməkdən çəkindirə bilər. Çünki, biz hələ düşüncə olaraq buna hazır deyilik. Əvvəlcə cəmiyyətdə sertifikatlaşdırmaya yanaşmanı düzgün formalaşdırmaq və ali təhsil müəssisələrində alınmalı olan biliklərin üstünlüyünü önə çəkmək lazımdır. Əgər bu gün F3 (Maliyyə uçotunun əsasları) səviyyəsində kütləvi şəkildə kurslara axın varsa, bu o deməkdir ki, mühasibat uçotu ixtisası üzrə universitetlərimizi bitirən məzunlarımızın böyük əksəriyyəti çox az biliklərə malikdir.

“Hamını sertifikatlaşdırmaq doğru deyil”

- Oxucumuz Fuad Sultanovun fikrincə, bir çox spesifik ixtisas sahələri var ki, (məsələn, mühəndislik, həkimlik kimi) işləmək üçün mütləq şəkildə işəgötürən tərəfindən müvafiq ixtisas diplomu tələb olunur. Lakin son illərdə mühasib, hətta baş mühasib vəzifəsinə işə götürülənlərdən nə diplom, nə də dövlət tərəfindən təsdiqlənmiş sertifikat tələb olunur. Ona görə də qeyri-peşəkarlar artır.

Maraqlı suala görə oxucumuza təşəkkür edirəm. Mühasib peşəsinin ictimai təsir dairəsi və xüsusiyyətləri digər peşələrdən çox fərqlənir. Hər bir müəssisədə həkim yoxdu, amma mühasib vardır, hansı şirkət qapısını açsaq fasiləsiz olaraq orda mühasibə ehtiyacın olduğunu görürük. Ona görə də mühasibin bacarıq səviyyəsinin qiymətləndirilməsinə daim diqqət yetirilməlidir. Təbii ki, mühasibat sahəsində yüksək nəticələr əldə edilməsi üçün ilk növbədə universitetlərdə təhsilin səviyyəsi artırılmalıdır.
Mən şərti olaraq mühasibin işini 3 istiqamətə bölərdim:
1. Əməliyyatlarlarla bağlı sənədlərin tərtib olunması, sənədlərin toplanması və uçotda əks etdirilməsi, bir sözlə mühasibat kargüzarlığının həyata keçirilməsi;
2. Uçotun nəticəsi olaraq maliyyə, vergi, sosial sığorta, statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
3. Bütün növ hesabatlar və uçotun digər məlumatları əsasında təhlillərin aparılması, müəssisənin gələcək maliyyə proseslərinin necə həyata keçirilməsinə münasibəti müəyyənləşdirmək, konsilidasiya əməliyyatlarının aparılamsı, maliyyəni düzgün, səmərəli və davamlı idarə etmək, yəni maliyyə direktorluğu bacarıqlarının olması.
Əslində, dövlət səviyyəsində yüksək sertifikatlaşmanın 3-cü istiqamətdə aparılmasını daha məqsədəmüvafiq hesab edərdim. 1-ci və 2-ci istiqamətlərə yiyələnmək o qədər də çətin deyildir və bunlar fundamental, yəni qanunda nəzərdə tutulması planlaşdırılan peşəkar mühasib səviyyəsinə qədər olan bir səviyyə kimi hesab edilməlidir.

“Sözüm uçot haqda anlayışı olmayıb F3 təlimlərinə gedənlərədir”

- Digər oxucumuz Rauf Əliyev soruşur ki, yüksək səviyyəli mühasib olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?
- Yüksək səviyyəli mühasib olmaq istəyən şəxs ACCA-nın peşəkar səviyyələrinə başlamazdan öncə orta məktəbdə riyaziyyat və azərbaycan dili üzrə mükəmməl bilgilərə malik olmalıdır. Sonra da iqtisadiyyatın əsaslarını, biznes və təsərrüfatdaxili əməliyyatlar haqqında nəzəri bilgilərini, uçotun nəzəriyyəsini, əsl mahiyyətini, məqsədini, aparılmasının əsaslarını, ikili yazılışların verilməsini, hesabatların ilkin hazırlanmasını, idarəetmə uçotu və vergi uçotu nəzəriyyəsini, əməyin iqtisadiyyatını, qanunvericilik bazası barədə məlumatları universitetdə öyrənməlidir, bir daha təkrar edirəm, universitetdə öyrənməlidir. Bunun üçün ən azı 4 il ali təhsil almalıdır. Bunlarla paralel tələbə vaxtı və sonrakı dövrlərdə müstəqil şəkildə mülki qanunvericilik, əmək, vergi və digər aidiyyəti qanunvericilik aktlarını oxumalı, öyrənməlidir. Bu sadaladıqlarımın heç birini kurslara və ya sertifikatlaşdırmalara getməklə mükəmməl əldə etmək mümkün deyil. Gəlin özümüzü aldatmayaq.
Peşəkar sertifikatlaşdırma, artıq əldə edilmiş nəzəri bilikləri və praktik bacarıqları bir azda təkmilləşdirmək və təkrarlamaq məqsədilə kurslarda iştirak etmək və imtahandan keçməklə daha yüksək səviyyə qazanmaq və bununla da özünütəsdiq düşüncəsi formalaşdırmalıdır. Əsas məsələ isə sertifikatı təqdim edən müvafiq orqana olan ictimai, lakin həqiqi güvənlik, inam və münasibətin dərəcəsindən asılı olacaqdır.
"Mən sıfır bilikdəyəm və gedirəm F3 təlimlərinə" deyən şəxslərə müraciət edirəm. Özünüzü aldatmayın, siz yanılırsınız, sizi heç kim işə götürməyəcək.

“Siz mühasiblərə nə verdiniz ki, nə də tələb edirsiniz”

- Son zamanlar ən çox müzakirə olunan məsələrdən biri də, cari mühasiblərin peşəkarlılıq səviyyəsidir. Bəzilərinin fikrincə, ölkəmizdə peşəkar mühasiblər azdır, Sizin bu məsələ ilə bağlı fikrinizi öyrənmək istərdik.

- Mühasibləri qınamaq lazım deyil. Peşəkarlıq səviyyəsi dövrün tələbindən asılıdır və ayrı-ayrı zamanlarda cəmiyyətdə mühasiblərdən nə tələb olunubsa, mühasiblər də həmin tələbə uyğun "peşəkarlıqlarını" artırmalı olublar. Beynəlxalq səviyyədə qəbul edilən uçot modellərindən istifadə edilməsi üçün təsərrüfat subyektlərində də beynəlxalq aləmdə tətbiq olunan işgüzar münasibətlərə, adətlərə, yerli qanunların tələblərinə riayət olunmalıdır. Təsərrüfat subyektləri biznes fəaliyyətlərini qanunauyğun düzgün qurmalı və bunu rəhbər şəxslər və idarə heyəti həyata keçirməlidir ki, mühasiblər də özlərini lazım olan peşəkar səviyyəyə qaldırsınlar. Mən rəhbər şəxslərə və mühasibləri qınayanlara müraciət edirəm, siz mühasiblərə nə verdiniz ki, nə də tələb edirsiniz. Siz mühasiblərdən hansı "bacarığı" istəmisinizsə, mühasiblər istədiyiniz məcburiyyət qarşısında"yüksək" səviyyədə sizə təqdim ediblər.
Ölkədə aparılan son islahatlar onu deməyə əsas verir ki, şəffaflıq və hesabatlılığın yüksək səviyyəyə doğru irəliləməsi üçün mühüm addımlar atılır. Ümid edək ki, ən qısa zamanda mühasiblər əsl hesabatlılıq haqqında düşünməklə işlərini tam şəffaf aparmaq məcburiyyətinə gələcəklər. Əgər tələb şəffalıq və düzgünlükdürsə, mən bizim mühasiblərə inanıram. Beynəlxalq səviyyədə peşəkarlığa çatmaq üçün onların potensialı var.

3 şərhlər

  • Şərh bağlantısı  Mehdi Əsədov Bazar, 06 May 2018 13:09 tərəfindən təqdim olunub Mehdi Əsədov

    Mehdi müəllim salam.siz düz deyirsiniz ki mühasiblərə nə vrriblər ki nə də tələb edələr. mən deyərdim ki əvvəla tələb edənin yüksək biliyi olmalidır ki nəyisə tələb etsin.Mən calışdım forumda işirak edəm nəsib olmadı
    Biz mühasiblərin işi operativ ucotdan tutmuş mühasibat ucotu nəhayət statistik ucotu həyata keciririk.bütün hesabatları dövlət orqanlarına təqdim edirik
    1- statistika idarəsi işciləri bizim məlumatlarımızı toplayır və onlar DÖVLƏTƏ QULLUQ edirlər- biz yox
    2- DSMF-yə hesabat verən pul köcürən müsiblərdir. DSMF-əməkdaşları hesabatları yoxlayır və pul vəsaitlərini xərcləyirlər onlar DÖVLƏTƏ QULLUQ edirlər- biz yox
    3-mühasiblər vergi bəyənnamələrini tərtib və təqdim edirlər tələb olurur ki keyfiyyətli və vaxtıda olmalıdır.vəsailər də vaxtında ödənilməlidir.Vergi işciləri də maliyyə işciləri hamısı dövlətə qulluq edir bəs onda mühasiblər kimə qulluq edirlər Yuxarida adları cəkilən orqanların işciləri 700-1200 manat arasında pensiya ilə təmin olunur mühasblər isə 150-220
    manat alır.bu sosial ədalətsizliyin aradan qaldırılması ücüc Milli məclisdə və başqa dövlət orqanları qarşısında məsələ qaldırmağın vaxtı catmayıbmı Sizdən xahiş edirəm bu məsələnin həlli ilə bağlı lazımı səviyyədə qaldərılmasna köməklik göstərəsiniz
    hörmətlə - Mehdi Əsədov

  • Şərh bağlantısı  Mehdi Əsədov Bazar, 06 May 2018 13:08 tərəfindən təqdim olunub Mehdi Əsədov

Şərh yazın