Bazar ertəsi, 15 Fevral 2021 07:26

Xidmət sahəsində elektron qaimə-fakturanın təqdim olunmamasına görə cərimə var?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, xidmət göstərən vergi ödəyicilərinə elektron qaimə-fakturanın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunub-olmaması ilə bağlıdır.

Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edilir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə  – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Göründüyü kimi, maliyyə sanksiyalarını tənzimləyən maddədə yalnız “mallar” ifadəsi işlədilib. O səbəbdən də vergi ödəyicisi xidmət göstərdiyi halda qarşı tərəfə elektron qaimə-faktura təqdim etməzsə, Vergi Məcəlləsində ona münasibətdə maliyyə sanksiyası nəzərdə tutulmayıb. Amma elektron qaimə-fakturanın təqdim edilməməsi vergi ödəyicisinin gəlir və xərclərinin qanunvericiliklə nəzərdə tutulan qaydada aparılmamasını  şərtləndirir.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın