Səhifəni çap et
Çərşənbə axşamı, 05 Yanvar 2021 05:37

Nihat Əliyevin təqdimatında: 2021-ci il üçün əmək haqqı hesablanması

Tanınmış HR mütəxəssis və təlimçi Nihat Əliyev 2021-ci il üzrə əmək haqqı hesablanması ilə bağlı məlumat paylaşıb:
"01.01.2021 –ci il tarixindən etibarən özək sektorda ( qeyri dövlət və qeyri neft – qaz sektoru) əmək haqqıdan aparılan tutulmalar və hesablamalar:
1.İşçinin əmək müqaviləsi üzrə əmək haqqısı 500 manat (gross) müəyyən olunmuşdur:
1. Gəlir vergisi : 0 manat. (01.01.2019-cu il tarixindən özəl sektorda əmək haqqı 8000 manata qədər olduqda, güzəşt tətbiq olunaraq 0 % müəyyən olunmuşdur)
2. Məcbur dövlət sosial siğorta haqqı:
2.1 İşçinin əmək haqqısında aparılan tutulma – (500-200)*10%= 6+30=36 manat. (200 manata qədər 3%)
2.2 İşəgötürənin öz hesabına ödədiyi (əmək haqqı fonduna uyğun olaraq) – (500 -200)*15%= 44 + 45 = 99 manat. (200 manata qədər 22%)
3. İşsizlikdən siğorta haqqı:
3.1 İşçinin əmək haqqısında aparılan tutulma – 500*0.5%= 2.5 manat.
3.2 İşəgötürənin öz hesabına ödədiyi (əmək haqqı fonduna uyğun olaraq) - 500*0.5%= 2.5 manat.
4. İcbari tibbi siğorta haqqı:
4.1 İşçinin əmək haqqısında aparılan tutulma – 500 * 1 % = 5 manat. (01.01.2022-ci ilə qədər özəl sektora münasibətdə 50 % güzəşt tətbiq olunur)
4.2 İşəgötürənin öz hesabına ödədiyi (əmək haqqı fonduna uyğun olaraq) – 500 *1 % = 5 manat
İşçiyə çatacaq əmək haqqı (net) = Hesablanmış əmək haqqı (gross) – (Gəlir vergisi + İşçinin əmək haqqısından tutulan MDSS haqqı + İşçinin əmək haqqısından tutulan işsizlikdən siğorta haqqı + İşçinin əmək haqqısından tutulan icbari siğorta haqqı)
500 – ( 0 + 36 + 2.5 + 5) = 500 – 43.5 = 456.5 manat. (işçiyə çatacaq əmək haqqı)
2. İşçinin əmək müqaviləsi üzrə əmək haqqısı 8500 manat (gross) müəyyən olunmuşdur:
1. Gəlir vergisi : (8500-8000)*14% = 70 manat. (01.01.2019-cu il tarixindən özəl sektorda əmək haqqı 8000 manata qədər olduqda, güzəşt tətbiq olunaraq 0 % müəyyən olunmuşdur. 8000 manatdan yuxarı hissənin 14%-i)
2. Məcbur dövlət sosial siğorta haqqı:
2.1 İşçinin əmək haqqısında aparılan tutulma – (8500-200)*10%= 6+830=836 manat. (200 manata qədər 3%)
2.2 İşəgötürənin öz hesabına ödədiyi (əmək haqqı fonduna uyğun olaraq) – (8500 -200)*15%= 44 + 1245 = 1289 manat. (200 manata qədər 22%)
3. İşsizlikdən siğorta haqqı:
3.1 İşçinin əmək haqqısında aparılan tutulma – 8500*0.5%= 42.5 manat.
3.2 İşəgötürənin öz hesabına ödədiyi (əmək haqqı fonduna uyğun olaraq) - 8500*0.5%= 42.5 manat.
4. İcbari tibbi siğorta haqqı:
4.1 İşçinin əmək haqqısında aparılan tutulma – 8000 * 1 % = 80 manat.
500 × 0.5 % =2.5 manat (01.01.2022-ci ilə qədər özəl sektora münasibətdə 50 % güzəşt tətbiq olunur)
4.2 İşəgötürənin öz hesabına ödədiyi (əmək haqqı fonduna uyğun olaraq) – 8000 *1 % = 80 manat
500 × 0.5 %= 2.5 manat
İşçiyə çatacaq əmək haqqı (net) = Hesablanmış əmək haqqı (gross) – (Gəlir vergisi + İşçinin əmək haqqısından tutulan MDSS haqqı + İşçinin əmək haqqısından tutulan işsizlikdən siğorta haqqı + İşçinin əmək haqqısından tutulan icbari siğorta haqqı) 8500 – ( 70 + 836 + 42.5 + 82.5) = 8500 – 1031 = 7469 manat. (işçiyə çatacaq əmək haqqı)"