Çərşənbə, 09 Dekabr 2020 09:47

DƏYİŞİKLİK! Mühasibat bölməsi (xidməti) olması mütləq olan sahibkarlıq subyektləri sayı artırılır (2-ci yazı)

"Mühasibat uçotu haqqında" AR Qanununa ciddi dəyişikliklərin olduğu layihə qanunvericilik qurumuna təqdim edilib. Mks.az saytının ekspertləri həmin dəyişikliklərlə bağı ikinci yazısını təqdim edir. 

"Mühasibat uçotu haqqında" AR Qanununun 3.2-ci maddəsinə əsasən, mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir. Mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər.

Təklif edilən dəyişikliyə əsasən, kiçik sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarlar şəxsən özləri mühasibat uçotunu aparmaq hüququna malik olmayacaqlar.  Bu hüquq yalnız mikro sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarlara şamil ediləcək.

Qeyd edək ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə " Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü MEYARLARI" təsdiq edilib. Həmin meyarlara əsasən, işçi sayı 11- 50 və ya illik gəliri 200 min manatdan çox və 3 000 000 manatdan az olan kiçik sahibkarlıq subyektlərinə aid edilir. Qeyd edək ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

 
 
 

 

Şərh yazın