Nizamnamə kapitalı kimi əmlak qoyula bilər?

Nizamnamə kapitalı kimi əmlak qoyula bilər?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" kitabının "Təsisçilərlə hesablaşmalar" bölməsindən seçmə

Əmlakın nizamnamə kapitalına qoyulması adətən iki hal üzrə baş verir:
1) Təşisçinin öz mülkiyyətində olan əmlakın nizamnamə kapitalına qoyulması;
2) Təşkilatın balansında olan əmlakın nizamnamə kapitalına qoyulması.

Birinci hala aid misal: Tutaq ki, “A” MMC-nin təsisçisi qərar verir ki, özünə məxsus olan “Honda Accord” maşınını təşkilatın nizamnamə kapitalına pay kimi qoysun. Bu zaman məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçılarının əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Əmlakın qiymətləndirilməsi üçün müstəqil auditorun rəyi hazırlanır. Vergi ödəyicisi hüquqi şəxsin təsis sənədlərində edilən dəyişikliklərin qeydiyyata alınması üçün müraciət edir.
Qeyd edək ki, təsisçi fiziki şəxsin əmlakı vəsait kimi hüquqi şəxsin nizamnamə fonduna qoyulduqda əmlaka sahiblik hüququ hüquqi şəxsə keçir və bu müvafiq qeydiyyat orqanında rəsmiləşdirilməlidir.
Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakı geri götürdükdə isə əldə edilən gəlir dividend sayılmır və sonradan həmin əmlakın təqdim edilməsi vergi tutulan gəlirlərə aid edilir.
Həmçinin müəssisə həmin əmlaka görə əmlak vergisi hesablamalıdır.
İkinci hal. Tutaq ki, təsisçilər qərar verirlər ki, təşkilatın balansında olan 20 000 manatlıq əmlakı nizamnamə kapitalına qoyuluş etsin. Bu zaman da, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada, cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər.
Çünki Mülki Məcəlləyə əsasən, nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Əgər həmin bu fərq gözlənilərsə, cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.
Nizamnamə kapitalının artırılması ilə bağlı dəyişiklik Vergi Məcəlləsinin tələblərinə əsasən 40 gün ərzində vergi orqanlarında qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər