Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də hüquqi və fiziki şəxlər tərəfindən yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə vergilərin tutulması, hesablanması və hesabatlılığı məsələləridir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Xatırladaq ki, Vergi Məcəlləsində dəyişikliyə qədər qeyd olunan əməliyyatlar üzrə dövriyyələr sadələşdirilmiş vergiyə cəlb olunur, həmin əməliyyatlar üzrə vergi ödəyiciləri isə sadələşdirilmiş vergi ödəyiciləri sayılırdı.

Bu ildən vergi ödəyiciləri yaşayış, qeyri-yaşayış sahələrinin, torpaq sahələrinin təqdim edilməsi üzrə əməliyyatlarda aşağıdakı hallara diqqət yetirməlidirlər:

  • vergi ödəyicisinin statusu (hüquqi şəxs, fiziki şəxs, fərdi sahibkar); 
  • əməliyyatın məğzi, yəni təqdim edildiyi əmlakın növü.

 Bu məsələ ilə bağlı, ilkin olaraq, Vergi Məcəlləsinin müvafiq maddələrinə nəzər yetirək. Məcəllənin 218.4.3-cü və 28.4.5-ci maddələrinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin müddəalara tam aydınlıq gətirmək üçün bir neçə misalı nəzərdən keçirək: