Fərdi sahibkara maliyyə dəstəyi niyə fərqli hesablanır? (ARAŞDIRMA)

Fərdi sahibkara maliyyə dəstəyi niyə fərqli hesablanır? (ARAŞDIRMA)

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə vergi ödəyicilərinin bank hesablarına ödənişlər həyata keçirir. Vergi ödəyicilərini maraqlandıran əsas məsələ hesablamaların necə həyata keçirilməsidir. Mks.az saytına müraciət edən bəzi həmkarlarımız bildirirlər ki, 2019-cu ildə ödədiyi vergi məbləğ çox olsa da, onlara daha az məbləğdə vəsait ödənilib.

Mks.az saytının ekspertləri bu məsələ ilə bağlı araşdırma aparıb.  Araşıdrma nəticəsində aşkara çıxarılıb ki, ilkin olaraq bəzi vergi ödəyicilərinə 2019-cu ildə ödədiyi vergi məbləği qədər maliyyə dəstəyi olsa da, sonradan vergi ödəyicilərinin 2019-cu ildə ödədikləri vergi məbləğlərinə mütənasib olaraq hesablamalar aşağıdakı şəkildə aparılır:

1)     Vergi ödəyicisinin 2019-cu ildə ödədiyi vergi məbləği 250 manatdan azdırsa, o zaman həmin vergi ödəyicisinə 250 manat ödənilir.

Açıqlama: Tutaq ki, vergi ödəyicisinin 2019-cu ildə ödədiyi vergi məbləği 80 manatdırsa, o zaman vergi ödəyicisinə 250 manat maliyyə dəstəyi həyata keçiriləcək.

 2)     Vergi ödəyicisinin 2019-cu ildə ödədiyi vergi məbləği 250 manatdan çox və 1000 manatdan azdırsa, o zaman ödədiyi məbləğ qədər dəstək verilir.

Açıqlama: Tutaq ki, fərdi sahibkarın 2019-cu ildə ödədiyi məbləğ 600 manatdır, bu zaman vergi ödəyicisinə 600 manat dəstək ödənişi ediləcək.

 3)     Vergi ödəyicisinin 2019-cü ildə ödədiyi məbləği 1000 manatdan çoxdursa, bu zaman həmin məbləğə mütənasib ödəmələr tətbiq edilir.

Açıqlama: Tutaq ki, fərdi sahibkar 2019-cu ildə 1800 manat məbləğində vergi  ödəyibsə, o zaman 1000 manat məbləğində maddi dəstək alacaq.

Qeyd edək ki, vergi ödəyicisinin 2019-cu ildə ödədiyi vergi məbləği artdıqca maliyyə dəstəyi həmin məbləğə uyğun müəyyənləşdirilir.  Ancaq qaydaya görə maliyyə dəstəyinin məbləği 5000 manatdan çox ola bilməz.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

 
 
 

1 Komment

  1. Rizvan Dadaşov 26 Aprel 2020

    Salam. Vergi Məcəlləsinin 220.10 bəndində nəzərdə tutulmuş sabit məbləğdə vergi ödəyicilərnə koronavirusla əlaqədar olaraq kompensasiya nəzərdə tutulub? Əgər nəzərdə tutulubsa kompensasiaya almaq üçün necə müraciət etmə lazımdır? Əvvəlcədən təşəkkür edirəm.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər