Axşam və gecə növbələrində əmək haqqı necə hesablanır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı “ Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” qərarına əsasən, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilib.

Misal. Adətən sorğu mərkəzlərində dörd (səhər, günorta, axşam və gecə) növbəli iş rejimi tətbiq edirlər:
1-ci növbə: saat 08:00-dan - 14:00-ədək - səhər növbəsi
2-ci növbə: saat 14:00-dan - 20:00- ədək - gunorta növbəsi
3-cü növbə: saat 20:00-dan – 02:00-dək- axşam növbəsi
4-cü növbə: saat 02:00-dən 08:00-dək – gecə növbəsi
Növbələrdən göründüyü kimi, heç bir növbədə 8 saatlıq normadan çox iş növbəsi müəyyən edilməyib. Bu tip növbəli iş rejimi adətən keçici xarakter dayışır. Yəni, işçi hər dəfə növbəni dəyişməklə əmək funksiyasını yerinə yetirir. Hər hansı işçi ay ərzində daimi olaraq 1-ci və ya 2-ci növbədə işləmir.
İndi isə misal üzrə işçinin əmək haqqını hesablayaq:
İşçinin əmək haqqı 480 manatdır. Ay ərzində 160 saat işləyəcək işçinin bir saatlıq əmək haqqı 3 manat (480 manat /160 saat) təşkil edir. Ayın sonunda təqdim edilən hesabata əsasən, işçi dörd növbəli iş rejimində birinci növbədə 50 saat, ikinci növbədə 46 saat, üçüncü növbədə 34 saat və sonuncu növbədə isə 30 saat işləyib. Bu zaman işçinin əmək haqqısı aşağıdakı kimi hesablanır:
Aylıq əmək haqqı = 50 saat x 3 manat + 46 saat x 3 manat + 34 saat x (3 manat + 3 manatın 20 faizi) + 30 saat x (3 manat + 3 manatın 40 faizi) = 150 manat+ 138 manat + 122.40 manat + 126 manat = 536.40 manat.

Bir daha qeyd edirik ki, axşam növbəsinin konkret saatla əhatə olunan müddəti yoxdur, əgər çoxnövbəli iş rejimində gecə növbəsindən öncə gələn növbə varsa, o axşam növbəsi hesab edilir və əmək haqqına 20 faiz əlavə hesablanır.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

9 Komment

  1. Ceyhun Məmmədov 25 Sentyabr 2020

    Salam. Bilmək istərdim ki, çoxnövbəli iş rejimində işləyən işçinin əmək müqaviləsində vəzifə tarif maaşının 40%-i qədər əlavəni fiks göstərməklə və daim maaşına əlavə edib ödəməklə bu saatların ayrı-ayrılıqda uçotunu aparmamaq olar? Məsənən maaş 400 AZN nəzərdə tutulubsa, müqavilədə 400+160(40% çoxnövbəli iş rejiminə görə) qeyd etmək və daha ayrı ayrılıqda axşam və gecə saatlarını hesablamamaq olmaz?

  2. A.Q 13 İyul 2021

    Salam. İşçinin vəzifə tarif maaşının 40%-i İstehsalat saatlarından asılıdır. Nümunə üçün 2021-ci ildə may ayı iş saatı ən aşağı olan aydır (134 saat), işçinin may ayında olan faiz əlavəsi (400/134=2.99azn (2.99+40%=4.18azn 1 saat üçün)). Lakin avqust ayı (176 saat), işçinin vqust ayında olan faiz əlavəsi (400/176=2.27 azn (2.27+40%=3.18azn 1 saat üçün)) Yəni sizin standart olaraq işçin daimi əmək haqqısına müəyyən etdiyiniz 160 azn standart məbləğdir. İşçinin tarif maaşının 40%-i isə İstehsalat saatlarından asılı olaraq müəyyən etdiyiniz məbləğdən yuxarıda ola bilər, aşağıda ola bilər.

  3. əhmedxan 27 Sentyabr 2021

    Salam.Bilmek isteyirem men 18 il gece novbesinde islemisem.Eyni gündüz novbesi kimi emey haqqi almisam.İndi teqauddeyem.Mehkeme yolu ile onu ala bilerem?

  4. Abasov İqbal 24 Yanvar 2022

    Salam Biləsuvar Suvarma Sisteləri İdarəsinin əmək haqqı üzrə mühasibi işləyirəm bilmək istəyirəm bizdə çox növbəli işçilər var vaxtamuzd işləyirlər. işçinin biri məzuniyyətə çıxdıqda onun məzuniyyətdən qaydığı zaman iki iş günü var onun əmək haqqısın neçə hesablaya bilərəm məzuniyyətədn əlavə iki günü tabeldə 48/16 yazıram iş vaxtı isə 192/64 yazılır bilmək istəyirəm iki günün əmək haqqısın heçə hesablayıb

  5. Yaqub 27 Yanvar 2022

    Salam 444 saat gecə növdəsinfə işləmişəm maaş isə 1000 manatdır mən nə qədər gecə növbəsinə görə əlavə pau almalşyam zəhmət olmasa

  6. Nuriyyə yusifova 03 Aprel 2022

    Salam mən bir saylı körpələr evi də tərbiyəçi işləyirəm əmək haqqımı necə hesablayırlar bilmirəm mən gecə növbəsinə axşam saat 20:00gedib səhər saat 8:00da çıxıram bilmək istəyirəm əməkhaqqim necə faizlə hesablanir

  7. Nuriyyə yusifova 03 Aprel 2022

  8. Şəhla 22 Sentyabr 2022

    Salam.men 12saat növbe ile islyirem.7gunduz 7gecə novbem var . Uşaq şöbəsinde xadime işleyirem. Maaşım 340 olur

  9. musa 30 Oktyabr 2022

    Salam mənim iş rejimin gün aşırıdır, bir gündən bir növbədəyəm günüz saat 6 da işə gəlib saba 8 də gedirəm aylıq əmək haqqı 300 azn təşkil edir və mən əlavə gecə pulu 50 azn alıram bu düzdürmü və mən nə qədər almalıyam? Əvvəlcədən təşəkkürlər

Şərh yazın

Xəbərlər