Çərşənbə, 16 Oktyabr 2019 05:48

Altay Cəfərovun təqdimatında: Ezamiyyə günlərinə görə əmək haqqı necə hesablanır?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Maraqlı mәsәlәlәrdәn biri dә işçilәrin ezamiyyәtdә olduğu zamanı әmәk haqqının hesablanılması vә ödәnilmәsidir. Mәsәlәyә aydınlıq gәtirmәk üçün Maliyyә Nazirliyinin “Ezamiyyә qaydaları haqqında” qәrarına nәzәr yetirmәliyik. Qәrarda yazılıb: “Ezamiyyәtdә olduğu vaxt, o cümlәdәn yolda olduğu vaxt üçün ezam olunan işçinin әsas iş yeri (vәzifәsi) vә orta әmәk haqqı saxlanılır.”

Әmәk Mәcәllәsindә dә ezamiyyәtә göndәrilәn işçilәrin әmәk haqqının ödәnilmәsi ilә bağlı yazılıb:

“Maddә 179. İşçilәrin iş yerinin vә orta әmәk haqqının saxlandığı hallar

1. İşçi qanunvericiliklә nәzәrdә tutulmuş hallarda vә qaydada dövlәt vә ictimai vәzifәlәrin yerinә yetirilmәsinә cәlb edildiyi müddәt әrzindә iş yeri, vәzifәsi (peşәsi) saxlanılmaqla ona orta әmәk haqqı ödәnilmәlidir. x) yaşadığı inzibati әrazi vahidindәn başqa bölgәyә, habelә xarici ölkәlәrә ezamiyyәtә göndәrildikdә;”

Hәm Mәcәllәdәn, hәm dә qaydalardan aydın olur ki, ezamiyyәtdә olan işçiyә әmәk haqqı yox, orta әmәk haqqı ödәnilmәlidir. Orta әmәk haqqının hesablanması haqqında Әmәk Mәcәllәsinin 177-ci maddәsindә yazılıb. Orta әmәk haqqının hesablanılması ilә bağlı kitabın digәr bölmәlәrindә açıqlamalar versәk dә, yenidәn bu mәsәlәyә qayıtmaq istәrdik.

Maddә 177. Orta әmәk haqqı vә onun hesablanması qaydası

1. Orta әmәk haqqı — işçiyә vәzifәsi (peşәsi) üzrә işәgötürәn tәrәfindәn ödәnilmiş mәvacib vә onun tәrkibinә daxil olan ödәnclәrin bu Mәcәllәdә vә digәr normativ hüquqi aktlarda nәzәrdә tutulan qaydada müәyyәn olunan mәblәğdir. 2. Әmәk mәzuniyyәti dövrü üçün verilәn әmәk haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta әmәk haqqı ödәnişdәn әvvәlki iki tәqvim ayı әrzindә qazandığı әmәk haqqının cәmi hәmin aylardakı iş günlәrinin sayına bölünmәklә bir günlük әmәk haqqı tapılır vә alınan mәblәğ әmәk haqqı saxlanılan iş günlәrinin sayına vurulmaqla müәyyәn edilir.

Misal. Tutaq ki, “AA” MMC-nin işçisi 01-10 avqust tarixlәrindә ezamiyyәtdә olub. Bu zaman onun orta әmәk haqqı necә hesablanmalıdır? Әmәk Mәcәllәsinin 177-ci maddәsinә görә әvvәlki iki ayın әmәk haqqı cәmlәnib, iki ayda olan iş günlәrinin sayına bölünmәlidir vә alınan mәblәğ әmәk haqqı saxlanılan iş günlәrinin sayına vurulmaqla yekun mәblәğ müәyyәn edilmәlidir. Tutaq ki, işçi iyun ayında 400 manat, iyul ayında da 400 manat әmәk haqqı alıb. “AA” MMC 5 günlük iş rejimi ilә işlәyir. İyunda iş günlәrini sayı 16, iyul ayında isә 23-dür. Bu halda bir günә düşәn orta әmәk haqqı 20,51 manat (400+400)/(16+23) = 800/39) olacaq. Sonrakı addım kimi baxmalıyıq ki, 01-10 avqust tarixlәrindә neçә iş günü var. Bu aralıqda 7 iş günü mövcuddur. Belәliklә, işçinin ezamiyyәtdә olduğu dövrdә orta әmәk haqqı 143,57 manat (20,51 * 7) olacaq. “AA” MMC 11- 31 avqust tarixlәri üçün işçiyә әmәk haqqı hesablamalıdır, yaranan mәblәğә 143,57 manat әlavә etmәklә tutulmalarını hәyata keçirmәlidir.

Onu da qeyd edәk ki, belә hesablamalar praktiki deyil. Adәtәn, müәssisәlәr işçilәrin ezamiyyәtdә oduqları müddәtdә onların orta әmәk haqqını yox, әmәk haqqını saxlayırlar. Son nәticәdә hәr iki formada hesablamalarda böyük fәrqlәr yaranmır. Әksәr hallarda mәblәğlәr eyni olur. Bu seçimi tәsәrrüfat subyektlәrinin cavabdeh şәxslәri özlәri etmәlidirlәr.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın