Cümə, 12 İyul 2019 07:22

Yaxın əraziyə göndərilən işçiyə ezamiyyə haqqı ödənilə bilər?

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Praktikada ezamiyyə ilə bağlı qeyd etmədiyimiz fərqli hallara da rast gəlinir. Misal üçün, Bakı şəhərində yerləşən “A” MMC satış menecerlərini təbliğat məqsədilə Sumqayıt və Abşeron rayonuna göndərir. İşçilərin təbliğatları həyata keçirdikdən sonra, daimi yaşayış yerlərinə qayıtmaq imkanları olacaq. Bu halda işçiyə ezamiyyə xərci hesablanmalıdır?

Maliyyə Nazirliyinin «İşçilərin ezamiyyə qaydaları»na əsasən, özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. Qaydalarda həmçinin qeyd olunur ki, işçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, eləcə də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.

Bizim misala uyğun olaraq, Sumqayıt və Abşeron rayonuna göndərilən işçilərə hər hansı ezamiyyə xərci ödənilmir, yalnız təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. Misal üçün, qatardan istifadə etməklə səfər edibsə, həmin qatarın biletini mühasibatlığa hesabat şəklind təqdim etmΩlidir. Həmin qatar bileti üzrə ödənilən məbləğ işçinin gəliri hesab olunmur və gəlirdən çıxılan xərclərə aid edilir

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın