Bazar ertəsi, 24 İyun 2019 05:48

Natıq Şirinovdan daha bir ŞAD xəbər: “Kağız formaları bəzi ciddi hesabat blankları ləğv olunacaq”

Vergi məsələləri üzrə ekspert Əflatun Babayev Milli Mühasiblər Forumunda vergi ödəyicilərinin sənədləşmə prosesindəki çatışmazlıqlarına da münasibətini bildirib: “Şəhla xanım çıxışı zamanı bildirdi ki, elektronlaşma getdiyi üçün mühasib vəzifəsinin də tarixin yaddaşına getməsi riskləri var və s.  Şəhla xanım, sizi əmin edirəm ki, cari Vergi Məcəlləsi bu formada qalacaqsa, mühasiblərin işi nəinki azalmayacaq, hətta artacaq. 2017-ci ildə istehsal, topdansatış, pərakəndə və ictimai-iaşə sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları hazırlanıb. Qaydaların təsdiq olunmasından 2 il keçməsinə baxmayaraq, heç bir vergi ödəyicisi bu qaydaları tətbiq etmir. Təbiq edilməməsinin səbəbi sadədir. Vergi ödəyicisi görür ki, təcrübədə həmin qaydaların tələblərini nəzərə almaqla uçot aparmaq mümkün deyil. Təsəvvür edin ki, topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi gün ərzində yüzlərlə obyektə mallar aparır. Hər dəfə 500-dən çox mal aparılarsa, o zaman nə qədər kağız lazımdır ki, bu mallara qaydalara uyğun ciddi hesabat blankları ( “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, “Yük avtonəqliyyatı üçün yol vərəqi”, “Malların təhvil-qəbul aktı” və s.) tərtib olunsun. Rəqəmsal texnologiyanın bu cür inkişaf etdiyi dövrdə o cür kağız formasında olan ciddi hesabat blanklarına nə ehtiyac var?.”

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov qeyd edilən sahələrdə uçotun aparılmaması məsələsi ilə qismən razılaşıb: “Biz belə problemin olmasını bilirik. Qaydalarda nəzərdə tutulan kağız formatda olan ciddi hesabat blanklarının elektronlaşdırılması ilə bağlı fəaliyyətləri həyata keçiririk.  Bəzi kağız sənədlərinin ixtisar olunması və Vergi Məcəlləsinə “elektron alış sənədi”nin gətirilməsi nəzərdə tutulur.  Elektronlaşma prossesini həyata keçirdikdən sonra, kağız formatda sənədlərin bəzilərin ləğv etməklə bu problemdən də qutarmış olacağıq.”

 

"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" "Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

2 şərhlər

  • Şərh bağlantısı Mks.az Çərşənbə axşamı, 25 İyun 2019 11:15 tərəfindən təqdim olunub Mks.az

    Salam. Kitabın qiyməti 35 manatdır. İstənilən ünvana ödənişsiz olaraq çatdırılır. Sifarış üçünə əlaqə nömrəsi: 050-368-12-72 vəya 012-564-86-85dir.

  • Şərh bağlantısı Arzu Çərşənbə axşamı, 25 İyun 2019 06:57 tərəfindən təqdim olunub Arzu

    Salam.Bu kitabın qiyməti neceyədi

Şərh yazın