“Peşəkar mühasib”lə auditor qarşıdurması

“Peşəkar mühasib”lə auditor qarşıdurması

Bakı Mühəndislik Universtitetinin mühasibat uçotu kafedrasının müdiri Firudin Sultanov: “Auditor olmaq istəyən peşəkar mühasib sertifikatı almalıdır”

Auditorlar Palatasının rəsmisi Nəcəf Talıbov: “Auditorun üzünü möhkəm siləndə mühasibin sifəti görünməlidir”

Bakı Mühəndislik Universtitetinin mühasibat uçotu kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Firudin Sultanov Milli Mühasiblər Forumunda ""Peşəkar Mühasib" sertifikatının tətbiqi, imtahan suallarının müəyyən edilməsi istiqamətləri və gözlənilən nəticələr" mövzusunda təqdimat zamanı maraqlı məqama toxunub: “Şəxsim fikrim odur ki, auditorlar peşəkar mühasib sertifikatı ilə bağlı imtahandan keçdikdən sonra auditor fəaliyyəti ilə məşğul olmalıdır. Hazırda Türkiyədə bu modeli tətbiq edirlər. Təsəvvür edin ki, peşəkar mühasib sertifikatına malik olan şəxs vergi ödəyicisini yoxlamağa gələn auditordan çox bilir. Fikrimcə, “Auditor fəaliyyəti haqqında” qanuna peşəkar mühasib sertifikatı ilə bağlı dəyişiklik edilməlidir. Həmin qanunda qeyd edilir ki, auditor mütləq olaraq iqtisadi və ya hüquqi təhsilə malik olmalıdır. Yeri gəlmişkən, bu cür təhsil tələbinin peşəkar mühasib sertifikatının alınması ilə bağlı ilkin şərtlərdə qeyd olunması vacibdir.”
Auditorlar Palatasının rəsmisi Nəcəf Talıbov Firudin Sultanovun təklifinə münasibət bildirib: “Sizin təklifinizin əksi ilə bağlı konkret fakt deyə bilərəm. Belarus qanunvericiliyinə görə, auditor lisenziyası alan şəxs avtomatik olaraq peşəkar mühasib sertifikatına malik olan şəxslə bərabər tutulur. Auditor lisenziyası almaq üçün mövcud imtahan prosedurları peşəkar mühasib sertifikatından daha sərtdir. Əgər peşəkar mühasib sertifikatında 100 baldan ən azı 50 bal toplayana sertifikat verilirsə, auditorlarda minimal tələb 100 sualdan 80-nə doğru cavab verməkdir. Firudin müəllimdən fərqli olaraq təklif edirəm ki, auditor lisenziyası alan şəxs peşəkar mühasib hesab olunsun. Çünki istənilən auditorun üzünü möhkəm siləndə mühasibin sifəti görünməlidir.”

 

"Peşəkar Mühasib Sertifikatı", "Əlavə Dəyər vergisi", "Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər