İLK DƏFƏ MKS.AZ-da: Xidmət müqaviləsilə işləyənlərə bayram hədiyyəsi

İLK DƏFƏ MKS.AZ-da: Xidmət müqaviləsilə işləyənlərə bayram hədiyyəsi

 “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa ötən ilin sonlarında edilmiş əsas dəyişikliklərdən biri - sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının yeni tutulma qaydası gələn ildən qüvvəyə minəcək. 

Mks.az saytının eksperti Qalib Toğrul bildirib ki, bu daha çox xidmət müqaviləsi ilə işləyənlərə aidiyyəti olan sığorta haqqıdır: “Milli Məclisin qəbul etdiyi “Sosial sığorta haqqında” qanuna dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nda nəzərdə tutulurdu ki, belə şəxslər minimum əmək haqqının 25 faizi miqdarında, hazırda qüvvədə olan 130 manat minimum əmək haqqı nəzərə alınmaqla 32.50 manat, tikinti və ticarət sahəsində çalışanlar isə 65 manat ödəsinlər. Dəyişikliklərdə xidmət müqaviləsilə işləyənlərə münasibətdə bu sosial ödənişlə bağlı məbləğ artırılmaqla yanaşı, ölkə üzrə vahid ödəniş faizi və qaydası təklif olunur, regional fərqlər aradan qaldırılırdı.

Lakin Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi ““Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nda keçid müddəaları nəzərdə tutulub. Keçid şərtlərində qanunun haqqında danışdığımız müddəasının 1 yanvar 2020-ci ildən qüvvəyə minməsi nəzərdə tutulub”.

Bəs, həmin şəxslər sosial sığorta haqlarını hansı qaydada ödəyəcəklər? Qalib Toğrul bidlirib ki, Prezidentin təsdiq etdiyi qanunda nəzərdə tutulur ki, göstərilən fəaliyyət üzrə sosial sığorta haqları “Sosial sığorta haqqında” Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan 14-cü maddəsinə uyğun olaraq ödənilsın.  Ekspert saytımıza bildirib ki, belə fiziki şəxslər 1 yanvar -31 dekabr 2019-cu il aralığında ödənişləri köhnə qayda ilə edəcəklər: “Ticarət və tikinti sahəsində çalışanlar Bakıda 65 manat,  Sumqayıt və Gəncədə 58,50 manat, respublika tabeli digər şəhərlərdə 52 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 39 manat, kənd yerlərində isə 32,50 manat ödəyəcəklər. Tikinti və ticarətdə olduğu kimi digər sahələrdə sahibkarlıq fəaliyyətilə məşğul olanlar, o cümlədən xidmət müqaviləsilə işləyənlər üçün də respublikanın regionları üzrə fərqləndirmələr qüvvədə qalır.

Belə şəxslər əvvəlki qayda ilə Bakıda 26 manat, Sumqayıt və Gəncə şəhərlərində 23,40 manat, respublika tabeli digər şəhərlərdə 20,80 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15.60 manat, kənd yerlərində isə 13 manat ödəyəcəklər”.

Ekspert bir maraqlı məqama da toxunub ki, sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi qaydası bir il ərzində artıq “Sosial sığorta haqqında” Qanunda olmayan müddəalarla, qanunun köhnə redaksiyasının 14-cü maddəsinin 4-cü hissəsi ilə tənzimlənəcək.

 

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Hüseyn Əliyev 04 Yanvar 2019

    Salam, Bəs siz ehtiyac meyarının 136 manatdan 143 manata qalxmağını nəzərə almamısınız? bu zaman 2020-nin yanvarınadək 28.60 AZN etmir?

Şərh yazın

Xəbərlər