İqtisadi subyektlərin audit yoxlaması həyata keçirməsinin məcburiliyi hansı qanunvericiliklə təsbit olunur? (SİYAHI)

İqtisadi subyektlərin audit yoxlaması həyata keçirməsinin məcburiliyi hansı qanunvericiliklə təsbit olunur? (SİYAHI)

Azərbaycan Respublikasının Auditorlar Palatası iqtisadi subyekt rəhbərlərinin nəzərinə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2018-ci il üzrə  maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

 

Sıra №si

Məcburi audit subyektlərinin adı

Məcburi auditdən keçmənin qanunvericilikdə

təsbiti və əsası

1.

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı Qanununun 12-ci maddəsinə əsasən.

2.

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

91.4-cü maddəsinə əsasən.

3.

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

107.6-cı maddəsinə əsasən.

4.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə yaradılmış Səhmdar cəmiyyətləri,           o cümlədən

Nizamnamələrinə əsasən.

4.1

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti)

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il            30 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 10-cu bəndinə əsasən.

4.2

“Azərbaycan Sənaye Korporasiyası” Açıq

Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il              4 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 8.7-ci bəndinə əsasən.

4.3

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il           25 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin  Nizamnaməsinin 7.6-cı bəndinə əsasən.

5.

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının    2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun    8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

6.

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.

7.

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli                   1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.

8.

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ  saylı Qanununun 16-cı maddəsinə əsasən.

9.

Fondlar və birjalar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin    115.3-cü maddəsinə əsasən.

10.

Qiymətli kağızların emitentləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin     1078-ci maddəsinə əsasən.

11.

Büdcədənkənar fondlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin             115-ci maddəsinə əsasən.

12.

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı Qanununun 12-ci maddəsinə əsasən.

13.

Təbii inhisar fəaliyyəti subyektləri

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ         saylı Qanununun 1-ci maddəsinə əsasən.

14.

Publik hüquqi şəxslər, ocümlədən

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ    saylı Qanununa və onların nizamnamələrinə əsasən.

14.1

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il                11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”nin Nizamnaməsinin 8.2-ci bəndinə əsasən. 

14.2

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il               31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi”nin Nizamnaməsinin 6.4-cü bəndinə əsasən. 

14.3

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il                 7 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən. 

14.4

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il                  6 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin Nizamnaməsinin           7.4-cü bəndinə əsasən. 

14.5

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il               19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyi”nin Nizamnaməsinin            7.4-cü bəndinə əsasən. 

14.6

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il                19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin Nizamnaməsinin 8.2-ci bəndinə əsasən. 

14.7

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 22 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyi”nin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən. 

14.8

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi”nin Nizamnaməsinin 6.4-cü bəndinə əsasən. 

14.9

Azərbaycan Respublikasının Gənclər Fondu

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il             7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondu”nun Nizamnaməsinin 7.4-cü bəndinə əsasən. 

14.10

Bakı Nəqliyyat Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 2 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyi”nin Nizamnaməsinin 8.2-ci bəndinə əsasən.

14.11

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu     

Azərbaycan Respublikası Nazirlər Kabinetinin              2018-ci il 16 may tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs”in Nizamnaməsinin 8.4-cü bəndinə əsasən. 

14.12

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 26 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin Nizamnaməsinin 9.4-cü  bəndinə əsasən. 

14.13

Azərbaycan Diasporuna Dəstək Fondu

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il           6 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Diasporuna Dəstək Fondu”nun Nizamnaməsinin           7.4-cü bəndinə əsasən. 

14.14

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il               18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti”nin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən. 

14.15

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi”nin Nizamnaməsinin 7.4-cü bəndinə əsasən. 

14.16

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il               31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu”nun Nizamnaməsinin 9.5-ci bəndinə əsasən. 

14.17

Dənizkənarı Bulvar İdarəsi 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il                   31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Dənizkənarı Bulvar İdarəsi”nin Nizamnaməsinin 7.5-ci bəndinə əsasən. 

15.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il             4 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası”nın Nizamnaməsinin 7.7-ci  bəndinə əsasən.

16.

Siyasi Partiyalar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ           saylı Qanununun 14.6-cı maddəsinə əsasən.

17.

Bələdiyyələr və bələdiyyə müəssisələri

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr     tarixli 772-IQ saylı Qanununun 10,13-cü maddələrinə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ saylı Qanununun 11.14, 39.1-ci maddələrinə əsasən.

18.

Kənd təsərrüfatı kooperativləri

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun 5.4-cü maddəsinə əsasən.

  

 Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http://www.audit.gov.az).

Əziz dostlar, gəlin hər birimiz ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının həyata keçirilməsində yaxından iştirak edək.

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

0 Komment

    Şərh yazın

    Xəbərlər